"Qarabağ"ın baş meneceri Asif Əsgərov Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyevin dünən saytımıza müsahibəsində Ağdam klubunun növbəti mövsümdən bütün oyunları mərkəzi arenada keçirmək istədiyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Klub rəsmisi Qol.az-a açıqlamasında deyib ki, bununla bağlı məsələyə gələn mövsüm rəhbərlik səviyyəsində baxılacaq və qərar veriləcək:
"Bu il biz avrokuboklarda təsnifat mərhələsinin bütün oyunlarını Respublika stadionunda keçirmişik. Bu arenadan heç bir narazılığımız yoxdur. Ora da hazırda icarə ilə "Qarabağ" futbol klubuna məxsusdur. Bizə də doğma arenadır. Respublika stadionunda uğurlu nəticələrimiz olub. Ona görə də "biz bu stadionda oynamayacağıq" deyə fikir səsləndirmək səhv olar. Sadəcə, ötən mövsüm Çempionlar Liqasının qrupuna düşdüyümüz üçün ölkənin ən böyük arenası olan Bakı Olimpiya Stadionunu UEFA-ya sifariş etmək bizim borcumuz idi. Bu mövsüm də azarkeşlərimizin 30 mindən artıq olacağını nəzərə alıb, Olimpiya stadionunu seçdik. Təəssüf ki, arenanın ümumi tutumunun çox az hissəsi qədər bilet satılıb. İnanırıq ki, "Sportinq"lə matçda fanatlarımız çox olacaq. Onlar gəldikcə, biz daha böyük arenalarda oynayacağıq. Gələn mövsüm üçün hər şey reallıqla ölçüləcək. Rəhbərlik bu məsələlərə yenidən baxıb, harada oynayacağımıza qərar verəcək. Yenə deyirəm, mərkəzi arena bizə doğmadır. Orada oynamaq həmişə futbolçularımız üçün xoş olub".
Növbəti ildən komandanın yerli oyunları Respublika stadionunda keçirməsinin mümkünlüyü haqda suala isə A.Əsgərov belə cavab verib: "Azersun Arena" "Qarabağ" klubuna məxsusdur, Respublika stadionunu isə icarəyə götürmüşük. Odur ki, oyunlarımızı hansı arenada keçirməyimizin heç bir fərqi yoxdur. Hər ikisində oynaya bilərik".
"Azersun Arena"nın işıqlandırma sistemində problem olduğundan "Qarabağ" çempionatda son 2 oyununu mərkəzi arenada keçirib. Suraxanıdakı stadionun hazırkı vəziyyəti ilə bağlı danışan A.Əsgərov bu tur "Keşlə" ilə matçın harada olacağı barədə isə bunları deyib:
"Azersun Arena"da işıqlandırma ilə bağlı problem var idi. Risk edib, generatorla oynamaq istəmədik. Hazırda "Sportinq"lə oyunun təşkilati işləri ilə məşğul olduğumdan Suraxanıdakı stadiondakı məsələnin nə yerdə olduğunu bilmirəm. Amma işlər gedir. Problemin aradan qaldırılıb-qaldırılmadığından xəbərsizəm. "Keşlə" ilə matçın harada olacağına isə bu gün qərar verəcəyik. Yaxın saatlarda Peşəkar Futbol Liqasına bununla bağlı məlumat veriləcək".
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?