Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Sportinq" oyununa hakim təyinatları açıqlanıb.
Qol.az-ın məlumatına görə, matçı Çexiya Futbol Federasiyasından Petr Ardeleanu idarə edəcək.Ona Petr Blazey və Tomaş Mokruş köməklik edəcək. Dördüncü hakim funksiyasını Yan Patak yerinə yetirəcək. Zbinek Proske və Emanuel Marek əlavə köməkçi hakimlər olacaq.
P.Areleanu Ağdam təsmilçisi üçün yad hakim deyil.
O, iki dəfə Ağdam klubunun oyununa təyinat alıb. İlk dəfə 2013-cü ildə “Qarabağ”ın Avropa Liqasının ilk təsnifat mərhələsində Makedoniya “Metallurq”una qarşı keçirdiyi matçda 4-cü hakim funksiyasının yerinə yetirib. Həmin qarşılaşmada Azərbaycan klubu 1:0 hesabı ilə qalib gəlmişdi.
Ardelenau Bakıya ikinci dəfə 2014-cü ildə gəlib. O, bu dəfə Qurban Qurbanovun komandasının qrup mərhələsinin son turunda İtaliya “İnter”inə qarşı keçirdiyi oyunda əlavə-köməkçi hakim olub. Həmin matçda “Qarabağ” son dəqiqələrdə qol vursa da, Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadası qolu qeydə almayıb. Ardeleanu həmin matçda qapılardan birinin arxasında mövqe tutub.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-u saat 21:55-də başlayacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti