"İlk hissədə rəqibdən gözləmədiyimiz oyunla üzləşdik. Ancaq bu, bizə bəraət qazandırmır. Futbolçularımız bir az təşvişə düşdülər, oyunumuzdan qopduq. Ancaq ikinci hissədə qol vurmağı bacardıq”.
Bu sözləri "Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 12-ci turunda evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis yeni baş məşqçi Ayxan Abbasovun "Sumqayıt”da debütünə işarə edərək bildirib ki, bir komandada baş məşqçi dəyişikliyi varsa, bu, 90 faiz müsbət nəticə verir: "Çünki futbolçularda canlanma yaranır. "Sumqayıt"da da bu olmuşdu və bizə sərf etmirdi. Bunun nəticəsini ilk hissədə gördük. Ancaq bunun altından çıxa bildik. Futboçularıma dedim ki, ilk hissəni yaddan çıxarın. Bizə dərs olsun, bunun da yükünü daşımağı bacarmalıyıq".
- İlk hissədə sakit idiniz. Bəlkə də komanda ona görə oynamırdı. Ancaq fasilədə tam fərqli mənzərə oldu, komanda oynadı və qalib gəldi.
- İlk hissə mənim üçün şok idi. Çünki bütün komanda olaraq oyundan qopmaq, bir az anarxiya vardı. Özüm də tərəddüd içərisində idim ki, kimə nə deyim. Səbirsizliklə fasiləni gözləyirdim ki, uşaqları ayıldaq. İkinci hissədə nəzarəti ələ ala bildik. Bu fasilələrlə bizə uğur gətirdi.
- Deyəsən, məşqlərdə etdikləriniz bu gün alındı. Xüsusilə Bilal Hamdinin cinah ötürmələri zamanı...
- Dünən məşqdə bunun üzərində işləmişdik. Tapşırıqlarımızı etdilər, ancaq ilk hissədə bunu bacarmadılar. Fasiləyədək meydanda 6 yarımmüdafiəçi vardı. Ancaq ikinci hissədə fikirləşdim ki, nəsə dəyişər. Kamal Mirzəyev təmiz oyundan çıxmışdı. Məcbur olduq, əvəzləməyə əl atdıq.
- Köməkçiləriniz bir-bir qovulur. Belə gedişlə növbəti turda sizin növbəniz olacaq...
- Vəfadar Quliyev də keçən dəfə heç nədən, gözlənilmədən qovuldu.
- Bəlkə, köməkçilər sizi qoruyur? Çünki adətən, özünüz aqressiv həərəkətə görə texniki zonadan uzaqlaşdırılırsınız.
- Siz artıq mənə qarğış edirsiniz. Arzunuz, niyyətiniz özünüzdə qalsın. Olur belə şeylər. Bu da futbola bir gözəllik qatır(Sportnet.az).
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti