"Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Qalib gəlib, mövqelərini yaxşılaşdırdılar. Yaxşı oyun alındı. Düzdür, hakim bir az tempi aşağı salırdı. Amma bu, yenilməyimizin səbəbi deyil”.
Qol.az-ın xəbərinə görə, bu sözləri "Səbail”in futbolçusu Ruslan Qurbanov Topaz Premyer Liqanın 12-ci turunda evdə "Neftçi”yə 0:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlamasında deyib.
Millimizin hücumçusu qapılarına təyin olunan penaltinin doğru qərar olmadığını bildirib: "Orada top komanda yoldaşımın əlinə yox, sinəsinə dəymişdi. Hamı hər şeyi görür. Hakim bizi "öldürdü". Ancaq bu haqda çox danışmaq istəmirəm. "Neftçi”nin belə qələbələrə, penaltilərə ehtiyacı yoxdur. Bu komanda iki dövrə ərzində dominantlıq edir, liderdir. Layiqli şəkildə birinci yerdə qərarlaşıblar. Ona görə də belə penaltilərə ehtiyacları yoxdur. Meydanda düzgün mübarizə aparmaq lazımdır. Həmin qol olmasa, matç başqa cür nəticələnə bilərdi. Hesabda 2 qolla geri düşəndən sonra dönüş etmək çətin olur. Amma bu da bəhanə ola bilməz. Biz qol vura bilmədik. Oyun zamanı baş hakimdən "penalti olduğunu kim sənə dedi” deyə - soruşdum. O da yan xətt hakimini nişan verdi. Görüşdən sonra yan xətt hakiminə özüm yaxınlaşdım və soruşdum ki, sən penalti olduğun gördün? O isə dedi ki, penalti olub-olmadığını bilmir. Aldatmaq nəyə lazımdır, hamımız böyük adamlarıq. Bu, düz deyil”.
Qurbanov millidəki komanda yoldaşı Kamran Ağayevin UEFA Millətlər Liqasında Kosovo ilə həlledici matçda bilərəkdən iştirak etmək istəməməsi haqda iddialara da münasibət bildirib: "Kamranın belə şey etdiyinə inanmıram. Hamımız onu tanıyırıq. Uzun illərdir yığmada çıxış edir. İndi də komandanın kapitanıdır. Bütün bunlar şaiyədir. Kamrana bu cür təzyiq göstərmək lazım deyil. Ona, bizim özümüzə də çətindir. Həlledici görüşdə uduzduq. Halbuki tarix yaza bilərdik. Digər futbolçuların bilərəkdən zəif oynamalarına gəlincə, hər qarşılaşmada yaxşı çıxış etmək olmur. Hərdən kimdəsə alınır, kimdəsə yox. Bütün uşaqlar çalışdı. Təəssüf ki, bizdə alınmadı. Səhvlərdən nəticə çıxarıb, yolumuza davam etməliyik”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti