"Çox yaxşı oynadıq. Çətin qarşılaşma oldu. Qələbə əhəmiyyətli idi. Vacib 3 xal qazandıq. “Səbail” yaxşı komandadır. Yaxşı müdafiə oluna bilirlər. Ən yaxın izləyicimizdən artıq 5 xal öndəyik. Bu da ən vacib amildir".
Qol.az-ın xəbərinə görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar Topaz Premyer Liqanın 12-ci turunda səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Haitili futbolçu çempionluqdan danışmağın tez olduğunu bildirib: "Təbii ki, lider olmağımız bizə müsbət təsir edir. Ancaq marafonun heç yarısına çatmamışıq. Çempionatın böyük hissəsi qarşıdadır. Bu ana kimi liderik və 5 xal fərq yaratmışıq. İstəyirik bunu qoruyaq. Hər bir rəqibi düzgün qiymətləndirsək, liderliyi qoruya bilərik".
28 yaşlı futbolçu 13-cü turda "Sabah"la səfərdə keçirəcəkləri matçdan da danışıb: "Gələn oyunumuz çətin olacaq. Bir həftə vaxtımız var. Ağır olacaq, amma 3 xalı almalıyıq".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti