Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.
Qol.az-ın xəbərinə görə, yarışın 3-cü günündə Azərbaycanın iki kişi və bir qadın güləşçisi mübarizəyə qoşulub.
Gənclər arasında son dünya çempionu Hacımurad Hacıyev böyüklərin mundialında debüt görüşündə amerikalı Ceyms Malkolm Qrinlə üz-üzə gəlib. İdmançımız rəqibinə minimal hesabla uduzub - 5:6.
Ötən il dünya çempionatında bürünc medal qazanan Aslanbek Alborov mundiala uğurlu start verib. O, təsnifat mərhələsində iranlı rəqibinə ilk hissədə qalib gəlib. Aslanbek növbəti mərhələdə koreyalı güləşçi Jaeqanq Kimi də vaxtından əvvəl tuşe ilə məğlub edib. İdmançımız 1/4 finalda gürcüstanlı Elizbar Odikadze ilə qarşılaşıb və 3:4 hesabı ilə uduzub.
İslam həmrəyliyi oyunlarının qalibi olan Tatyana Omelçenko ilk mərhələdə rusiyalı rəqibiylə bacarmayıb - 0:4.
Qeyd edək ki, 79 kq çəkidə yarışan güləşçimiz Cəbrayıl Həsənov ötən gün mübarizəyə qoşulub və finala qədər irəliləyib. O, bu gün həlledici görüşdə amerikalı Kayl Duqlas Deyklə qarşılaşacaq.
Haalanddan 300-cü qol
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"