Azərbaycan milli komandasının və "Qarabağ" klubunun hücumçusu Mahir Mədətov son həftələrin ən çox müzakirə olunan futbolçusudur. Gənc forvard gah oyununa, gah da intizamsızlığına görə tez-tez azarkeşlərin tənqidləri ilə üzləşir.
Həmçinin Mədətov sosial şəbəkələrə də vaxt ayırır və bəzən onu tənqid edənlərlə də polemikaya girir. Hətta vəziyyət o həddə çatıb ki, “Qarabağ”ın və Azərbaycan millsinin baş məşqçisi Qurban Qurbanov 21 yaşlı oyunçunun sosial şəbəkələrdən istifadəsinə qadağa qoyub.
Mədətovun düşdüyü bu durum Azərbaycanla bağlı futbolçuların sosial şəbəkələrə münasibətini gündəmə gətirir. "Report" agentliyi onlardan bəzilərinin bu yöndə fəaliyyətlərinə nəzər salıb.
Rəşad Sadıqov – “Qarabağ”ın kapitanı şəxsi "Instagram" hesabında istər gündəlik həyatı, istərsə də futbolçu karyerası ilə bağlı ara-sıra paylaşımlar edir. Təcrübəli müdafiəçi son paylaşımında “Qarabağ"ın "Arsenal”a 0:3 hesabı ilə uduzduğu Avropa Liqasının II tur oyununda Bakı Olimpiya Stadionunu dolduran azarkeşləri komandanı sonadək dəstəklədikləri üçün alqışlayıb.
Ruslan Qurbanov – “Səbail”in və Azərbaycan millisinin hücumçusunun sosial şəbəkələrdə nisbətən fəal olduğunu söyləmək olar. O, Facebook hesabındaki son paylaşımında Qarışıq Döyüş Növləri üzrə Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında baş tutmuş döyüşə münasibət bildirərək dağıstanlı idmançını “Sadəcə ən yaxşı” adlandırıb.
Vaqner Silva – “Qarabağ”ın bu mövsüm heyətinə qatdığı braziliyalı qolkiper sosial şəbəkə hesablarında çıxış etdiyi klubla bağlı kifayət qədər paylaşım edir.
Hannes Halldorsson – Ağdam klubunun başqa bir yeni transferi olan islandiyalı qapıçı Bakıya gəldikdən sonra Azərbaycan paytaxtı ilə bağlı bir neçə paylaşım edib. 34 yaşlı qolkiperin son olaraq Bakının Suraxanı rayonunda bir neçə azyaşlı azarkeşlə çəkdirdiyi fotonu paylaşması kifayət qədər marağa səbəb olub.
Ramil Şeydayev – Azərbaycan millisinin və Rusiyanın "Krılya Sovetov" klubunun hücumçusu yeniliklərlə bağlı "Facebook" və "Instagram" səhifələrində ara-sıra izləyicilərini məlumatlandırır. Futbolçunun son paylaşımında millidəki komanda yoldaşı Mahir Mədətova ünvanlanan tənqidlərə münasibət bildirməsi və gənc futbolçuya dəstək olması da diqqətdən yayınmayıb.
Təmkin Xəlilzadə - “Qəbələ”nin və Azərbaycan milli yığma komandasının sol cinah müdafiəçisi şəxsi "Instagram" hesabında əsasən yığma ilə bağlı paylaşımlara yer verir. Futbolçu son olaraq millinin təlim-məşq toplantısından fotosunu paylaşıb.
Donald Gerye – “Qarabağ”ın haitili futbolçusu Azərbaycanda çıxış edən legionerlər arasında sosial şəbəkələrin ən aktiv istifadəçilərindəndir. 29 yaşlı müdafiəçi əsasən ailəsi ilə bağlı paylaşımlar edir.
Rahid Əmirquliyev – “Səbail” klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisinin sosial şəbəkə hesablarında əsasən futbolçu karyerası ilə bağlı yeniliklərə geniş yer verməsi diqqəti cəlb edir.
Qara Qarayev – “Qarabağ”ın və Azərbaycan millisinin dayaq yarımmüdafiəçisi sosial şəbəkələrdə kifayət qədər fəaldır. 25 yaşlı futbolçu istər meydandaki, istərsə də meydandan kənardaki həyatı ilə bağlı yenilikləri tez-tez öz izləyiciləri ilə bölüşür.
Qeyd edək ki, dünyanın bir çox aparıcı futbolçusu öz sosial şəbəkə hesablarında tez-tez gördükləri xeyriyyə işləri ilə bağlı paylaşımlar edir və dünya ictimaiyyətini də belə addımlar atmağa çağırırlar. Nümunə kimi İngiltərənin “Çelsi” və Türkiyənin “Qalatasaray” klublarının sabiq hücumçusu, hazırda ABŞ-ın “Foneks Rayzinq” komandasında çıxış edən Didye Droqbanın adını çəkmək olar.
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
40 yaşlı Modriçin milli karyerası davam edir
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Bu gün İstanbul derbisi var
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video
“Qalatasaray”dan çətin qələbə
“Komandada hələ ki, stabillik çatışmır” - Azər Məmmədov
"Şamaxı" Gəncədə 3 xalı 4 qolla qazandı - Video
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"