“Azərbaycanda idman sahəsində korrupsiya anlayışı yoxdur”.
Qol.az-ın “Report” agentliyinə istinadən yaydığı xəbərə görə, bunu Tbilisidə Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransında iştirak edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, toplantıda müzakirə olunan məsələlərin Azərbaycana bir o qədər də aidiyyatı yoxdur: “Konfransda idmanda insan haqlarının qorunması və korrupsiyaya qarşı mübarizə məsələlərinə baxılır. Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur. Ölkəmizdə idmanda korrupsiya anlayışı da yoxdur. Amma biz konfrans çərçivəsində müzakirələrə qatılmağa hazırıq. Belə ki, hər bir müzakirə idmanın gələcəyinə və bu sahədəki proseslərin inkişafına böyük təkan verir”.
A.Rəhimov deyib ki, Avropa Şurasının İdman Nazirlərinin idmanda korrupsiya və danışılmış oyunlarla bağlı ilk konfransı 10 il bundan öncə Bakıda keçirilib: “Çox şadıq ki, Avropa Şurasının bu platforması məhz Bakıdan başlayıb. Azərbaycan Avropa Şurasının idmanla bağlı üç konvensiyasına qoşulub. Bunlardan da ən əsası EPAS-dır (Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişi). Beş ölkə arasında Azərbaycan bu sənədə qoşulan birinci ölkə olub”.
Qeyd edək ki, Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransının açılış mərasimində Avropa Şurası Baş katibinin müavini Qabriella Battaini-Draqoni, Gürcüstanın Baş naziri Mamuka Baxtadze, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili və digər rəsmi şəxslər çıxış ediblər.
Toplantının yekununda Tbilisi bəyannaməsi və idman sahəsində korrupsiyaya qarşı mübarizə, idmanda insan haqlarının qorunmasına dair iki qətnamənin qəbul olunması nəzərdə tutulub.
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video