"Bakıda bizi daha çətin oyun gözləyir" - Qurban Qurbanov

"Bakıda bizi daha çətin oyun gözləyir" -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 12 İyul 2018 / 01:10 6605
-  A +

"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. "Olimpiya" bir daha yaxşı komanda olduğunu göstərdi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya” keçirilən ilk oyundan sonra deyib.

O, səfərdə qələbə qazandıqlarına baxmayaraq, Bakıdakı cavab oyununun daha çətin olacağını bildirib: “Futbolçularım meydanda çox güc sərf etdi. Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Bu oyuna tam ciddi hazırlaşmalıyıq".

Mənbə: qarabagh.com

Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner