"Avropanın ən güclü komandasına qarşı oynayacağıq" - Klopp

"Avropanın ən güclü komandasına qarşı oynayacağıq" -  Klopp
XƏBƏR 3 Aprel 2018 / 19:23 3983
-  A +

“Liverpul” ən yaxşı oyununu oynamağa məcburdur. Bu, Avropanın ən güclü komandasına qarşı gözəl oyun olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Liverpul”un baş məşqçsi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında sabah “Mançester Siti” ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis rəqib haqda müsbət fikirlər səsləndirməklə yanaşı, öz komandasının da yaxşı durumda olduğunu bildirib:

“Biz qələbə qazana bilərik, ancaq çətin olacaq. Çox işləməliyik. “Liverpul” Çempionlar Liqasında mümkün qədər irəli getmək istəyir. Aydın məsələdir ki, bu yolda qarşımıza dünyanın ən güclü komandalarından biri çıxacaq. “Mançester Siti” xüsusi özəlliyi ilə seçilən komandadır. Ancaq “Liverpul” da hazırda yaxşı durumdadır”.

Qeyd edək ki, sabah keçiriləcək “Liverpul” – “Mançester Siti” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq