«Avro-2012»nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi Türkiyə milli komandasının baş məşqçisi Quus Hiddink problemlə üzləşib. Qol.Az-ın məlumatına görə, Rusiya Futbol Federasiyası ilə bu il avqustun 1-dək müqaviləsi olan Hiddink yeni komandası Türkiyənin mayın 19-24-də ABŞ-da keçiriləcək turnirdəki oyunlarını texniki zonada deyil, tribunada izləyə bilər. Məlumata görə, rusiyalı futbol funksionerləri futbol ittifaqı ilə müqaviləsi bitinədək Hiddinkin Türkiyə millisini çalışdırmasını istəmirlər.
Türkiyə Futbol Federasiyasının nümayəndələrinin yaranmış problemi aradan qaldırmaq üçün fəaliyyətə başladığı bildirilir. Əgər vəziyyət aradan qaldırılmasa, Türkiyəni Çexiya (22 may), Şimali İrlandiya (26 may) və ABŞ-la (29 may) oyunlara Hiddinkin köməkçisi olan Oğuz Çətin çıxaracaq, hollandiyalı mütəxəssis isə görüşləri tribunadan izləmək məcburiyyətində qalacaq.
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı