"Avropa böyük bir futbolçunu itirdi" - Mourinyo İbrahimoviç haqda

"Avropa böyük bir futbolçunu itirdi" -  Mourinyo İbrahimoviç haqda
XƏBƏR 30 Mart 2018 / 17:55 5047
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Zlatan İbrahimoviçin ABŞ çempionatına yollanmasına münasibət bildirib.

Qol.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis klubun rəsmi "twitter" səhifəsinə açıqlamasında Avropanın önəmli bir futbolçunu itirdiyini söyləyib. Ancaq təcrübəli çalışdırıcı isveçli forvardın "Los-Anceles Qalaksi"də uğur qazanacağına inandığını deyib:

"Avropa futbolu böyük oyunçu itirdi. Amma əminəm ki, "Los-Anceles" karyerası həm İbrahimoviçin, həm də amerikan futbolunun xeyirinə olacaq. O, öz şəxsiyyəti, futbola olan həvəsi və peşəkarlığı ilə çox töhvə verəcək".

Qeyd edək ki, bir müddət öncə "Mançester Yunayted"dən ayrılan İbrahimoviç ABŞ-ın "Los-Anceles Qalaksi" klubuna transfer olunub.

Son xəbərlər