Dünən Türkiyənin Bank Asya 1-ci liqasında 33-cü turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Anatoli Ponomaryovun şərəfini qoruduğu “Orduspor” evdə “Adanaspor”u qəbul edib və 1:2 hesabıyla məğlub olub. Oyunda hesabı məhz Ponomaryovun komandası açıb. Lakin 53-cü dəqiqədə Serdarla hesabda önə keçən meydan sahibləri 81-ci və 90+3-cü dəqiqədə buraxılan qollarla üstünlüyünü əldən verib. Qeyd edək ki, buraxılan qollar Anatolinin meydanda olmadığı dəqiqələrə təsadüf edib. Həmyerlimiz artıq 60-cı dəqiqədə əvəzlənibmiş.
Maraqlıdır ki, oyunda hesabı açmasına rəğmən, “Orduspor”un belə yenilgiylə üzləşməsi qardaş ölkədə heç də birmənalı qarşılanmır. Müəyyən dairələrdə belə düşünürlər ki, Ponomaryovun formasını geydiyi komanda “Adanaspor”a qəsdən uduzub. Məsələ burasındadır ki, Adana klubu Superliqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Bu oyun ərəfəsində 58 xala malik “Adanaspor” ikinci pillədə qərarlaşan “Bucaspor”dan geri qalmamaq üçün mütləq qalib gəlməliydi. Əks halda onların bu rəqibi mövsümün sonuna az vaxt qalmış əlçatmaz ola bilərdi. “Orduspor”un “Adanaspor”a qəsdən uduzması haqda şayiələri də məhz “Bucaspor”un prezidenti Mehmet Bektur açıqlayıb. Onun oyundan bir gün öncə səsləndirdiyi bu fikirlərə diqqət yetirək: ''Orduspor'un sabahkı matça tam heyətlə çıxmayacağı yönündə bəzi məlumatlar aldıq. Amma buna inanmırıq. “Orduspor” son turlarda çox uğurlu nəticələrə imza attı. Ümidvarıq ki, bizə qarşı necə mübarizə apardılarsa, “Adanaspor” qarşısında da eyni mücadiləni göstərəcəklər”.
Lakin göründüyü kimi, onun bu şübhələri heç də boşuna deyilmiş. Hər halda meydana tam heyətlə çıxmaması azmış kimi, meydan sahiblərinin baş məşqçisinin Ponomaryov da daxil olmaqla bəzi aparıcı oyunçuları meydandan çıxarmasından sonra komandanın məğlub olması istər-istəməz söhbətlərə yol açır.
Qol VAR idimi? “Turan Tovuz”dan etiraz - Video
"Neftçi"dən böyükhesablı qələbə, Tovuzda heç-heçə
“Neftçi” - “Araz-Naxçıvan” matçında fasilə yarandı
"Turan Tovuz" - "Şamaxı" matçından - Video
Salah dubl etdi, "Trabzonspor" qələbə qazandı
"Bu kluba 20 ilimi vermişəm, qəzəbi başa düşürəm"
“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev
“Düzgün oyun nümayiş etdirdik” - Azər Bağırov
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
“Neftçi” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
1 avtoqol, 1 qırmızı vərəqə, böyükhesablı qələbə
Haaland yubiley oyununa yeni stili ilə çıxdı - Şəkil
“Mançester Siti”dən 18 ildən sonra ilk
DÇ-də oynadı, 100 milyonluq transfer təklifi aldı
“Turan Tovuz” - “Şamaxı”: Heyətlər
"Çelsi"nin futbolçusu "Napoli"yə keçdi
Başından xəsarət alan Kerem Aktürkoğlunun durumu açıqlandı
Azərbaycan millisinin bütün üzvləri medal qazandı
Darvin Nunyes klubunu dəyişdi
"Atletiko"dan ayrılıb "Barselona"ya keçmək istəyir
Məşhur hakim “Sabah”ın həlledici oyununda!
Mourinyo "Real"ın bazasında gecələyir
Qoretzka bu klubla razılaşdı
Kapitan 2 oyundur ehtiyatdadır! Səbəb nədir? - Video
"Real" mövsümə qələbə ilə başladı - Video
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazandı
"Fənərbaxça" və "Samsunspor"dan qələbə
Rəşad Sadıqov: “Mütləq heyətimizi genişləndirməliyik”
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
Rüfət oynadı, komandası uduzdu
“Zirə” və "Şəfa"dan qələbə
Azarkeşin halı pisləşdi, matç dayandırıldı
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
"Tottenhem"in tarixinə düşdü
“Fənərbaxça”dan Taliska açıqlaması
“Zirə” - “İmişli” matçının heyətləri açıqlandı
“Belə meydanda istədiyimiz futbolu oynamaq çətindir”