“AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında Premyer Liqanın növbəti mövsümünün hansı formatla keçirilməsi ilə bağlı konkret təklif irəli sürən olmadı. Bununla bağlı mən çıxış etdim və növbəti mövsümdə də builki formatın saxlanılması təklifini irəli sürdüm”. Bu fikirləri Qol.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev söyləyib.
İK-nın iclasında bu məsələ ilə bağlı yeni qərarın çıxarılmaması və məsələnin həllinin mövsüm başa çatandan sonraya saxlanılması barədə danışan PFL prezidenti bu gün sadəcə çempionatın formatını müzakirə etməyə toplaşdıqlarını deyib: “Bu gün qəti qərar verməyə toplaşmamışdıq. Sadəcə müzakirə edib, ümumi fikri öyrənməyə çalışırdıq. İstəyirik ki, ən azı 3-5 il istifadə edə biləcəyimiz ideal bir formata üstünlük verək. İndi mövsümün sonuna kimi yenə bu barədə fikir mübadiləsi aparacağıq, götür qoy edəcəyik. Bugünkü iclasda konkret olaraq yalnız bir versiya üzərində dayandıq: hazırkı sistemin saxlanılması və sadəcə olaraq, onun üzərində müəyyən təkmilləşdirmələrin aparılması. Hazırda final mərhələsi çox maraqlı və gərgin keçsə də, təsnifat mərhələsi zamanı belə deyildi. Son oyunlar bir qədər sönük keçirdi. Amma fikirləşirik ki, təsnifat mərhələsində qazanılan bütün xallar saxlanılacağı halda, bu çatışmazlığı aradan qaldırmaq olar. Hər halda indi çempionat başa çatandan sonra bir daha toplaşıb, ən ideal seçim etməyə çalışacağıq”.
Maraqlıdır ki, Ramin Musayev bir müddət öncə jurnalistlərə açıqlamasında növbəti mövsümdən 10 komandadan, 4 dövrədən ibarət çempionat keçirmək istədiklərini bildirmişdi. Bəs görəsən, onun qısa müddət ərzində fikrini dəyişməsinə nə səbəb olub? PFL rəhbərini dinləyək: “Düzdür, 10 komandalı, 4 dövrəli çempionat keçirilməsini istərdim. Amma bu halda reqlamenti pozmuş oluruq. Çünki reqlamentə əsasən Premyer Liqanı 2 klub tərk edirsə, aşağıdan onların yerinə digər komandalar gəlməlidir. Ötən mövsüm də eyni şəkildə reqlamenti pozmuşuq. Artıq bu il də eyni hərəkətin təkrarlanması yaxşı qarşılanmaya bilər. Digər tərəfdən, aşağı dəstədən gələn komandaların Premyer Liqada layiqli mübarizə aparması, çempionata əlavə rəng qatması üçün lazımı maddi imkanı yoxdur. Hazırda bəziləri 16, 18 komandadan ibarət çempionat keçirilməsini də istəyir. Biz də istəyirik. Amma gəlin görək, Premyer Liqada normal mübarizə aparacaq gücə, maliyyə dayağına malik o qədər klubumuz varmı? Təbii ki, yoxdur. Bu üzdən də 10 komandadan ibarət 4 dövrəli çempionatın keçirilməsi gündəmə gəlir. Lakin istənilən halda bu, lisenziyalaşdırma məsələlərindən də asılı olacaq. Bəlkə elə Premyer Liqada iştirak üçün lisenziya almağı bacaran klublarımız heç 12 yox, 10 olacaq? Hər halda vəziyyətə baxacağıq, klubların hər birinin imkanını nəzərə alacağıq. Bizim əsas məqsədimiz Premyer Liqada oyunların sayının ən azı 30-dan çox olmasıdır. Buna nail olmaq üçün də hazırkı çempionat başa çatandan sonra kimlərin Premyer Liqada oynamaq gücündə olub-olmadığına diqqət yetirəcəyik”.
Musayev bugünkü iclasda elita təmsilçilərinin baş məşqçilərinə çempionat oyunlarından sonra hakimliklə bağlı danışmamaq tövsiyəsinə də münasibət bildirib: “Məşqçilərin hakimlər haqda danışmamasına dair tövsiyəni biz verməmişik. Bu, AFFA-nın irəli sürdüyü bir təklif idi. Neçə illərdi futboldayıq. Hakimliklə bağlı söz-söhbətlər ancaq bizdə gedir. Qonşu ölkələrdə, Avropa ölkələrində də çempionatlar keçirilir. Amma heç bir yerdə bizdəki qədər oyunlardan sonra hakimlik müzakirə mövzusuna çevrilmir. Fikrimcə, məşqçilərimiz onlara ayrılan həmin 15 dəqiqə ərzində hakimlikdən yox, konkret olaraq, öz işlərindən, komandasının sərgilədiyi oyundan, futbolçularının, özünün buraxdığı səhvlərdən danışsalar, daha yaxşı olar. İndiyə qədər hansı məşqçini görmüsüz ki, desin, filan taktikanı qurdum, alınmadı, hansısa oyunçunu nəyə görə dəyişdim, mənim səhvlərim harda oldu, oyunçularımın səhvləri harda oldu? Kim çıxırsa, başdan ayağa hakimlikdən danışır. Axı bu, düzgün deyil. Qoy, onlar öz işlərini görsünlər, hakimlərlə də bağlı məsələləri müvafiq qurumlar həyata keçirər. Mən AFFA-nın bu fikriylə tam razıyam. Yəni məşqçilərə bu yondə tövsiyələr edilməsi vacib idi”.
Lakin maraqlıdıt ki, bu, sadəcə bir tövsiyyə olduğundan məşqçilərin yenə öz bildiyini edəcəyi istisna olunmur. Elə Ramin Musayev də onların bu tövsiyəni qulaqardına vurmasından ehtiyatlanır: “Bilirsiz ki, çempionatın öz əsasnaməsi var. Həmin əsasnamədə də yazılıb ki, məşqçilər hakimlik haqda danışmamalıdır. Lakin təəssüf ki, bundan bəzilərinin xəbəri yoxdur, bəziləri də bilsə də belə əhəmiyyət vermir. Söz azadlığıdı deyə, ciddi tələblər də qoymaq olmur. Lakin bu, o demək deyil ki, bütün konfrans boyu hakimliyi müzakirə etməlidilər”.
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"