Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra futbol üzrə Azərbaycanın milli komandası beynəlxalq yarışlarda iştiraka başladı. Bu zaman komandamızın oyunlarına medianın da diqqəti artdı. KİV-in təbliğatından sonra bu gün istər jurnalistlər, istər futbol adamları, istərsə də sıravi azarkeşlər komandamıza müxtəlif formalarda müraciət edir: kimisi onu milli komanda, kimisi yığma komanda, kimisi millimiz, kimisi də yığmamız adlandırır. Bəs, əslində bu ifadələrdən Azərbaycan dilinin qayda-qanunlarına, ədəbi dilinə daha yaxın olanı hansıdır?
Qol.Az saytı bu suala cavab tapmaq üçün ölkəmizin tanınmış ziyalılarına və jurnalistlərinə müraciət edib.
«MÜTLƏQ MİLLİ KOMANDA VƏ YA MİLLİ FUTBOL TAKIMI İFADƏSİ İŞLƏNMƏLİDİR»
Kamil Vəli Nərimanoğlu, filologiya elmləri doktoru, professor:
- Əslində bu gün bütün dünyanın idman meydanlarında ölkəni təmsil edən komandanı «milli komanda» adlandırırlar. "Yığma" sovet dövründən qalan ifadədir, ayrı-ayrı coğrafi yerlərdən toplanmış insanlar anlamına gəlir. O dövrdə «milli» ifadəsi ikinci plana keçirilirdi. Ona görə də indinin özündə də mexaniki termin olan «yığma» ifadəsi işlənir. Halbuki idman da mədəniyyət kimi dövlətin və millətin siması, atributudur. Ona görə də mütləq milli komanda və ya milli futbol takımı ifadəsi işlənməlidir. Şəxsən mən, heç komanda sözünü də sevmirəm. Takım daha gözəl səslənir. «Milli takım» ifadəsi Azərbaycan dilinin qanunlarına tamamilə uyğundur, burda dil baxımından heç bir qəribəlik yoxdur.
«QIRAQDAN BİR-İKİ NƏFƏRİ GƏTİRİB OYNATSAQ DA, ƏSLİNDƏ KOMANDAMIZI «MİLLİ KOMANDA» ADLANDIRMALIYIQ»
Aqil Abbas, millət vəkili, yazıçı-publisist:
- Yığma komanda termini doğru deyil. Qıraqdan bir-iki nəfəri gətirib oynatsaq da, əslində komandamızı «milli komanda» adlandırmalıyıq. Bütün dünyada bu ifadə «milli komanda» kimi gedir. SSRİ dönəmində «yığma komanda» deyirdilər, çünki SSRİ bir milləti təmsil etmirdi, bu adda millət yoxuydu. Mən arzulayıram ki, bu ifadə «milli komanda» kimi işlənilsin.
«MƏNCƏ, ƏN DÜZGÜNÜ «SEÇMƏ KOMANDA» İFADƏSİDİR»
Qalib Toğrul, «525-ci qəzet»in baş redaktor müavini:
- Məncə, bu məsələ ilə bağlı konkret hökm vermək düzgün olmazdı. Çünki «milli» və «yığma» sözlərinin hər ikisinin üstünlükləri və çatışmazlıqları var. Baxmayaraq ki, o futbolçular Azərbaycanı təmsil eləyirlər, şəxsən, mən «milli» sözünün hər şeyə yapışdırılmasının, sağa-sola xərclənməsinin əleyhinəyəm. «Yığma komanda» ifadəsi də məncə yerində deyil. «Yığma» sözünün mənfi çaları müsbət tərəfini üstələdiyindən bu sifəti insanlara şamil edəndə yerinə düşmür. Məncə, ən düzgünü «seçmə komanda» ifadəsidir. Çünki orda - istər futbol olsun, istər güləş, istərsə də həndbol - həmin sahənin say-seçmə idmançıları toplanır.
Bir də ki, konkret bir obyekti biz 3 cür (milli, yığma, seçmə) ifadə edə biliriksə, bu, bizim dilimizin zənginliyindən və çevikliyindən xəbər verir. Qoy, kim necə istəyirsə, elə də desin. O ki qaldı dilimizin bu ifadələrdən hansına yaşamaq hüququ verməsinə, onu tarix göstərəcək.
«HƏM DİLÇİLİK, HƏM DƏ ETİK BAXIMDAN «MİLLİ KOMANDA» İFADƏSİ İŞLƏDİLMƏLİDİR»
Rövşən Binnətli, «Lider» telekanalının idman redaksiyasının baş icmalçısı:
- Həm dilimizin qanunları, həm də etik nöqteyi nəzərindən “milli” ifadəsi daha doğrudur. Bilirsiniz ki, milli komanda həm də millətin komandasıdır. Demirəm ki, “yığma” kəlməsinin işlədilməsi kökündən yalnışdır. Sadəcə, “yığma” sözü SSRİ vaxtında işlənirdi və sovet dönəmində bizə keçdi. Yenə “yığma” desələr, dərd yarıdır. Bəziləri hətta “yığmamız” ifadəsi işlədir. Ümumiyyətlə, son vaxtlar idman jurnalistikamızda bir sıra düzgün olmayan ifadələrə rast gəlinir. Məsələn, “yarışma”. Bu ifadəni Türkiyə türkləri işlədir və biz də onlara baxıb bunu öz dilimizə gətirməyə çalışırıq. Bir daha deyirəm, həm dilçilik, həm də etik baxımdan «Azərbaycan milli komandası» ifadəsi işlədilməlidir. İndiyə qədər yol verilən yalnışlıqları aradan qaldırmalıyıq.
“MİLLİ” İFADƏSİ HƏR MƏNADA YERİNƏ DÜŞÜR»
Hikmət Sabiroğlu, jurnalist
- Bununla bağlı mətbuatda müxtəlif ifadələr işlənir: Azərbaycan millisi, Azərbaycan milli komandası, Azərbaycan yığma komandası. Mənim fikrimcə, “milli” daha düzgündür. “Yığma” sözü sovet dövründə bizim dilimizə gəlib. Düzdür, mahiyyətcə heç nəyi təhrif etmir. Amma nəzərə alsaq ki, Azərbaycan milli komandasının oyunları zamanı bayrağımız dalğalanır, himnimiz səslənir, o zaman “milli” ifadəsi hər mənada yerinə düşür.
«MİLLİ KOMANDAYA FUTBOLÇUNU YIĞMIRLAR, SEÇİRLƏR»
Altay Əliyev, Azərbaycan dövlət televiziyasının idman şərhçisi:
- Azərbaycanda idman jurnalistikası inkişaf etdikcə ora yeni-yeni terminlər də gəlməyə başlayır. Məsələn, son illər “asma” kəlməsini də dilimizə gətirmək istəyirdilər, amma alınmadı və bu söz dilimizdə möhkəmlənə bilmədi. Konkret sizin qoyduğunuz mövzuya gəlincə, “Azərbaycan milli yığma komandası” və ya sadəcə «yığma komanda» ifadəsini heç cürə qəbul edə bilmirəm. Çünki bu, düzgün ifadə deyil. Axı, pambığı, üzümü yığarlar. Yaxşı olar ki, “milli” və yaxud “millimiz” ifadəsini işlədəydilər. Uzaqbaşı “yığma”nın yerinə “seçmə” demək olar. Hər halda “milli yığma komanda” ifadəsindənsə “milli seçmə komanda” ifadəsi daha yerinə düşür. Çünki milli komandaya futbolçunu yığmırlar, seçirlər. 2000-5000 və yaxud 10 min futbolçunun arasından 11 nəfər ən güclünü məhz seçib əsas komandaya cəlb edirlər. Mən xahiş edərdim ki, “yığma” sözünü leksikonumuza gətirənlər elə gətirdikləri kimi də çıxarsınlar.
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı
“Azərbaycandan mənə dedilər ki, gözləyin” - Yuri Maksimov
İtaliya Yunanıstana qalib gəldi - Video
"Şəfa"dan yayın ilk transferi
Modriç oyun sayında Messiyə çatdı
Kristian Eriksenin durumu bəlli oldu
Yuran təyinatından iki həftə sonra istefa verdi
Ardıcıl 8-ci dəfə "Real"ın prezidenti seçildi - Rəsmi
Braziliya millisində dəyişiklik
Yaya Ture baş məşqçi təyin edildi
Aziz Yıldırım "Fənərbaxça"nın prezidenti seçildi - Rəsmi
Dünya çempionatından klublar nə qədər qazanacaq?
“Ayntraxt” 5 futbolçusunu yola sala bilər
“Feyenoord”dan gözlənilməz qərar - Van Persi göndərildi
İngiltərə klubundan ona 60 milyonluq təklif var
Milli müdafiəçisini yoldaşlıq matçında itirdi
"Barselona"ya keçə bilər
Kipr yığması səfərdə qalib gəldi
Deşam DÇ-2026 favoritlərini açıqladı
"Ehtiyat oyunçu statusu məni narahat etmir"
İran millisindən yekun qərar - ABŞ-da qalmaq olmayacaq
"Çelsi" İraoladan niyə imtina etdi?
"Barselona" Yamala şərt qoydu