Qəzza zolağında iki ildən çox müddətdən sonra ilk dəfə mütəşəkkil futbol turniri keçirilib.
QOL.az xəbər verir ki, "Reuters"in məlumatına görə, dağılmış binalar və dağıntılarla əhatə olunmuş, köhnəlmiş meydançada baş tutan açılış oyununda "Cəbaliyə Gəncləri" və "Əl-Sədəqə" komandaları üz-üzə gəlib.
Matç bərabərliklə yekunlaşıb. "Beyt Hanun" və "Əl-Şucaiyyə" arasındakı digər qarşılaşmada da qalib müəyyənləşməyib. Lakin nəticədən asılı olmayaraq azarkeşlər bu günü bayram kimi qeyd ediblər. Onlar dağılmış hasarların üzərinə dırmaşaraq baraban çalıb, şüarlar səsləndirərək futbola olan həsrətlərini ifadə ediblər.
"Cəbaliyə Gəncləri"nin 21 yaşlı oyunçusu Yusif Cendiya emosiyalarını belə ifadə edib:
"Qarışıq duyğular içindəyəm. Həm kədərliyəm, həm sevincli. Səhərlər su və çörək axtarırıq, həyat çətindir. Amma günün bir hissəsini futbola ayırıb, içimizdəki sevinci ifadə edə bilirik. Meydana çıxanda komanda yoldaşlarının çoxunun yoxluğunu hiss edirsən. Kimisi həlak olub, kimisi yaralanıb, kimisi müalicə üçün gedib. Ona görə də sevincimiz yarımçıqdır".
Qeyd edək ki, Qəzzanın bir vaxtlar 9000 azarkeş tutan məşhur "Yarmuk" stadionu indi köçkün ailələrin məskəninə çevrilib. Meydançanın yerində çadırlar qurulub.
Turnirin keçirildiyi bu meydança isə Futbol Assosiasiyası tərəfindən dağıntılardan təmizlənərək oyuna hazır vəziyyətə gətirilib.


"Yuventus"da itki
2-ci liqada 2 oyun
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
PSJ ilə oyunu buraxacaqlar
"Sabah" - "Barselona" oyununun biletləri satışda
“Dinamo” baş məşqçini istefaya göndərdi
“Qarabağ” və ASA birgə tədbir keçirdi - Şəkillər
Ən çox qazanan futbolçular - Siyahı
Asif Məmmədovdan 18 ilin rekordu
“Borussiya” Bakıya bu heyətlə yollandı - Şəkillər
Rişarlison prezidentliyə namizədi günahlandırdı
"Zirə"nin futbolçusu 100-ə çatdı
Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu
Səfərdə 700-cü qol
Rafinya Neymarı geridə qoydu
"Yuventus"u qol atəşinə tutdular - Video
"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi