400 minlik futbolçu Azərbaycana gəlir?

400 minlik futbolçu Azərbaycana gəlir?
GÜNDƏM 28 Dekabr 2017 / 13:41 10200
-  A +

Rumıniyanın “Dinamo” klubunun futbolçusu Steliano Filip Azərbaycanda çıxış edə bilər.

Qol.az-ın “libertatea.ro” saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi komandasını dəyişmək istəyir.
O, artıq rəhbərliyə Buxarest təmsilçisindən ayrılmaq istədiyini bildirib.

“Dinamo”nun sahibi isə öz növbəsində Rumıniya millisinin üzvünün gedişinə problem yaratmayacaqlarını söyləyib. Amma rəhbərlik Filipə 400 min avro təzminat qiyməti qoyub.

Futbolçunun meneceri isə bildirib ki, Azərbaycan və Türkiyədən 23 yaşlı müdafiəçi ilə maraqlanan klublar var. Ancaq həmin komandaların adlarını açıqlamayıb. Futbolçu üçün yeganə rəsmi təklif  İtaliya B Seriyasından gəlib.

Daha çox


Son xəbərlər