"Azərbaycanda bizdən razı idilər və qalmağımızı istəyirdilər. Ancaq Prosineçki və məşqçi heyəti 3 ildən sonra dəyişiklik etmək istədi. Yeni macəra axtarışında olduğumuz üçün bu qərarı verdik".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri millimizin sabiq məşqçisi Draqan Spasiç deyib.
Yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçkinin köməkçisi olan serbiyalı mütəxəssis Bosniya və Herseqovina yığmasından təklif aldıqlarını təsdiqləyib: "Ancaq qarşı tərəf bu işi uzadır. Bu davranış Prosineçki və mənim üçün problem ola bilər. Ona görə də biz keçmiş Yuqoslaviya ərazisindəki digər ölkələrin də yığmalarında və ya klublarında çalışmağa hazırıq. Məndə belə hiss var ki, Robi "Srvena Zvezda”ya qayıdacaq. Özü də bir yox, yüz dəfə".
Q.Spasiç R.Prosineçki haqda müsbət fikirlər də səsləndirib: "Onun əla yaddaşı var, beyni sanki kompüterdir. Hər bir liqa, komanda və oyunçular barədə məlumatı var. Biz oyuna hazırlaşmağa başlayanda o, faktları deməyə başlayır. Ona baxaraq "inana bilmirəm” deyirəm. Prosineçkinin ən böyük üstünlüyü futbolçuları oyuna kökləmək bacarığıdır. O, istənilən oyunçunu öz keyfiyyətlərini artıqlaması ilə ortaya qoymağa və çatışmazlıqlarını gizlətməyə inandıra bilir”.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir