Şotlandiyalı futbolçu "Qəbələ"də qalır

Şotlandiyalı futbolçu "Qəbələ"də qalır
GÜNDƏM 25 Dekabr 2017 / 11:12 3054
-  A +

“Qəbələ”nin Şotlandiyanın “Reyncers” klubundan icarəyə götürdüyü Endi Hallidey qış fasiləsində komandadan ayrılmayacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  şotlandiyalı futbolçu mövsümün sonuna kimi “Qəbələ”də qalacaq.

Hallideyin qış fasiləsində müqavilə ilə məxsus olduğu “Reyncers”ə qayıdacağı gözlənilsə də, klubun baş məşqçisi Qrim Mertinin bu keçidə ehtiyac görmədiyi bildirlir.

Qeyd edək ki, 26 yaşlı futbolçu mövsümün ilk yarısında “Qəbələ”də 8 oyuna çıxıb.

Daha çox


Son xəbərlər