“Rəqibin bacarığı vacibdir. Uşaqlar nə ilə qarşılaşacaqlarını yaxşı bilməlidilər. Məsələn, "Qarabağ"la ikinci oyunda rəqibin start heyətində sürpriz şəkildə Əfran İsmayılov yer almışdı. Videotəhlilçimiz Simone Bekkassioli həmin cinahda çıxış edən müdafiəçimiz Aleksandr Kolarova həmin oyunçu barədə məlumat verdi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Roma"nın baş məşqçisi Eysebio Di Françesko klubun saytına müsahibəsində deyib.
O bildirib ki, futbolçular qarşılarına kimin çıxdığını bilməlidilər: "Ancaq bu, oyun sistemimizi dəyişmir. Bizim nə etdiyimiz daha vacibdir, düşüncəmizi heç nə dəyişməməlidir. Sadəcə, fikir mübadiləsi aparırsan. Biz də Kolarova “Əfranı izləmək istəyirsən” sualını verdikdə o, təkcə “bəli” demədi, rəqibi bizim göstərdiyimizdən daha çox araşdırıb, izlədi”.
Qeyd edək ki, "Roma" Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun