“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Enrike ölkəsinin mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, “futebolnaveia.com.br” saytına danışan futbolçu həm Ağdam klubundakı karyerasından, həm də Çempionlar Liqasındakı çıxışından bəhs edib.
- 5 ilə yaxındır ki, Braziliyadan kənardasınız. Bu müddət ərzində inkişafınızı necə dəyərləndirirsiniz?
- Avropaya erkən yollandım. Əslində belə bir imkanım olduğu üçün özümü xoşbəxt sayıram. Çünki Avropa karyeram mənə həm meydanda, həm də meydandan kənarda çox şey öyrətdi.
- “Qarabağ” Çempionlar Liqasının qrupunda çıxış edən ilk Azərbaycan klubudur və bu komandanın turnirdə ilk qoluna sən imza atmısan. Özünü necə hiss edirsən?
- Bu, bizim əsas məqsədimiz idi. Təəssüf ki, həmin oyunda qələbə qazana bilmədik. Amma 70 min insanın qarşısında oynamaq başqa hissdir. Karyeramın ən vacib məqamlarından biri idi. Həmin anları heç vaxt unutmaram.
- “Qarabağ” son illərdə planetin ən güclü komandalarından hesab olunan “Atletiko”ya qarşı 2 yaxşı oyun sərgilədi. Bunun sirri nədədir?
- Bu, bizim Çempionloar Liqasında oynadığımız 2 ən yaxşı matç idi. “Atletiko” nəticələrə görə təzyiq göstərir, qalib gəlmək istəyirdi. Biz də bundan istifadə etdik və oyunu bərabərləşdirdik. Cavab oyununda isə qalib gələ bilərdik. Oyunun gedişində hesabı 2:0 edib, hər şeyi bitirə bilərdik. Ancaq rəqib cərimə meydançasının kənarından gözəl qolla hesabı bərabərləşdirdi. Mən meydandan qovulduqdan sonra isə üstünlüyü ələ aldılar. Fikrimcə, qırmızı vərəqə ədalətli qərar olmadı. Çünki top arxamda idi. Geri döndüm ki, topu havada götürüm, bu vaxt Qodin özünü yetirdi və başını uzatdı. Təcrübəsindən də istifadə edib yerə yıxıldı, hakim də mənə qırmızı vərəqə göstərdi. Bu, mənim Çempionlar Liqasında ən yaxşı oyunum idi. Həmin görüşdə komandamız çox yaxşı oynadı. Xoşbəxtlikdən rəqib 2-ci topu vura bilmədi. Əks halda özümü günahkar hiss edərdim. Ancaq istənilən halda bu futboldur. UEFA birbaşa qırmızı vərəqəyə görə mənə 2 oyunluq cəza verdi. Bu isə mənim üçün Çempionlar Liqasında qrup mərhələsinin bitməsi deməkdir. Amma çox sevinirəm ki, əvvəlki 4 oyunda meydana çıxdım. İlk dəfə Çempionlar Liqasında oynamaq xüsusi hissdir. Bu, böyük komandalara qarşı fərqli mübarizə, fərqli atmosferdir. Əlbəttə ki, heç vaxt unudulmayacaq qədər.
- Necə düşünürsən, “Qarabağ” növbəti mövsümdə də Çempionlar Liqasına düşməyi arzulaya bilər?
- Niyə də olmasın?! Son 4-5 ildə “Qarabağ” Azərbaycanda çox üstünlük qazanıb. Demək olar ki, bütün kubokları əldə edib. Burada Çempionlar Liqasına düşmək digər ölkələrdən fərqlənir. Çünki pley-offa qədər 3 seçmə mərhələ keçməlisən. “Qarabağ”da belə bir mentalitet var ki, ən azı Avroliqanın qrupunda mübarizə aparır. Bu komandada hər şey yaxşı təşkil olunub. Yaxşı strukturu, akademiyası var. Bu komanda dünya futbolunda ən yüksək səviyyədə təmsil olunmağa layiqdir.
- Başqa komandalara keçmək üçün təkliflər varmı?
- Mənim PAOK-la 2020-ci ilə qədər müqaviləm var. “Qarabağ”la icarə müqaviləm 2018-ci ilin mayında başa çatacaq. “Qarabağ”ın məni birdəfəlik transfer hüququ var. Ancaq bəzi məsələlər var ki, mən dəqiq nəsə deyə bilmərəm. Mənim bütün transfer hüquqlarım PAOK-a məxsusdur. Son qərarı onlar verəcəklər.
- Bəs Azərbaycan çempionatı hansı səviyyədədir?
- Çempionatda əcnəbi futbolçu doludur. Hətta kiçik komandalarda da legioner var. Mən bir neçə oyunda meydana çıxmışam. Çünki baş məşqçi ölkədaxili oyunlarda fərqli heyətlərə şans verir. İdeal “11-liy”i isə Çempionlar Liqasının oyunlarında meydana buraxır. Premyer Liqada oynamaq imkanım elə də çox olmur. Burada daha çox texnikalı futbola üstünlük verirlər. Azərbaycan çempionatı ilə bağlı digər məqam isə stadionların bir çoxunun süni örtüklü olması ilə əlaqədardır. Azarkeşlər oyunlara gəlmirlər. Buna baxmayaraq, burada oynamaq xoşdur.
- Azarkeşlərin stadiona gəlməməsinə səbəb nədir?
- İki fərqli vəziyyət var. Biz Çempionlar Liqasında oynayanda Bakı Olimpiya stadionuna 70 min adam toplaşır. Çünki digər komandaların azarkeşləri də “Qarabağ”ı dəstəkləməyə gəlir. Böyük bir arenada çıxış edirik. Azərbaycan çempionatının oyunları isə daha kiçik arenalarda keçirilir. Düzdür, bizim müasir stadionumuz var, amma kiçikdir. Orada cəmi 3-4 min tərəfdar toplaşır. Lakin hamısı dəyərlidir. Fanatların çoxu futbol ehtirası olan gənclərdir.
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi