"Qarabağ"a qarşı oyun bizim üçün böyük təcrübə oldu”

"Qarabağ"a qarşı oyun bizim üçün böyük təcrübə oldu”
GÜNDƏM 28 Noyabr 2017 / 19:20 4300
-  A +

"Komandamla fəxr edirəm ki, belə bir oyun oynadı. “Qarabağ” Çempionlar Liqasında çıxı edir. Bu oyun bizim üçün böyük təcrübə oldu”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qaradağ Lökbatan”ın baş məşqçisi Həbib Ağayev Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ”a uduzduqları oyundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxmayaraq, komandasının yaxşı çıxış etdiyini bildirib:

“Birinci dəstədə qrafik çox sıxdır. Həm də, ilk dəfə bu cür səviyyədə rəqibə qarşı çıxış etdik.
Elə futbolçularımız var ki, indiyə kimi Premyer Liqada oynamayıblar. Buna görə, rəqibdən bir qədər çəkinirdilər. Vaxt keçdikcə, bu, aradan qalxacaq. Futbolçulara  öz oyunlarını nümayiş etdirmələrini bildirmişdim. Fikrimcə, komandam yaxşı çıxış etdi”.

Daha çox


Son xəbərlər