Alman azarkeşlər Londonda həbs olundu

Alman azarkeşlər Londonda həbs olundu
XƏBƏR 15 Sentyabr 2017 / 14:35 2029
-  A +

Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Arsenal” (İngiltərə) - “Köln” (Almaniya) matçından (3:1) öncə insident yaşanıb.

Qol.az-ın məlumatına görə, oyundan əvvəl 20 minə yaxın alman azarkeş oyunun keçiriləcəyi “Emirates” stadionuna daxil olmaq istəyib.

Onlardan təxminən 17 mini biletsiz olub. Stadiona biletsiz daxil olmaq istəyən azarkeşlərin qarşısı polis tərəfindən alınıb. Nəticədə gərginlik yaranıb və oyun təyin olunduğu vaxtdan bir saat gec başlayıb.

London polisinin oyundan sonra yaydığı məlumatda, hadisə nəticəsində ciddi insident yaşanmadığı, lakin ictimai qaydaları pozan 5 azarkeşin həbs olunduğu qeyd edilib.

Son xəbərlər