"Qəbələ" MOİK-ə qalib gəldi

"Qəbələ" MOİK-ə qalib gəldi
XƏBƏR 15 Sentyabr 2017 / 00:01 3201
-  A +

Topaz Premyer Liqasının V turunun “Səbail”lə oyununa hazırlaşan “Qəbələ” ötən gün yoxlama matçı keçirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hazırlığını Bakıda gerçəkləşdirən “qırmızı-qaralar” paytaxtda MOİK-lə görüşüb. 

Qarşılaşmadakı bütün qollar ikinci hissəyə təsadüf edib. Fasilədən az sonra paytaxt futbolçuları hesabı açıb. Az keçməmiş “Qəbələ” hesabda tarazlıq yaradıb. 50-ci dəqiqədə Endi Hallidey fərqlənib. Bu qoldan 9 dəqiqə sonra Roman Hüseynov I divizion təmsilçisinin qapısına yol tapıb – 2:1.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə