Birinci divizionda 10 komanda - rəsmi

Birinci divizionda 10 komanda -  rəsmi
XƏBƏR 14 Sentyabr 2017 / 18:50 4772
-  A +

Azərbaycan I divizionunda oynayacaq komandalar müəyyənləşib.
 
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yarışda 10 komanda mübarizə aparacaq.
 
Sentyabrın 9-da AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, sənədlərini tam təqdim etməyən komandalara bir neçə gün vaxt vermişdi.
 
Bu gün hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı  UEFA-dan daxil olan  məlumatları nəzərə almaqla  I divizionda iştirak edəcək komandaların adlarını təsdiqləyib. “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK klublarından başqa, “Binə” və “Xəzər” də I divizionda iştirakına icazə verilib.
 
 
Qeyd edək ki, I divizionda çıxış etmək  hüququ qazana bilməyən komandaların oynaması üçün həvəskar statuslu “Region Liqası”nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq.

Daha çox


Son xəbərlər