"Beşiktaş" kanadalı hücumçu alır

"Beşiktaş" kanadalı hücumçu alır
XƏBƏR 14 Sentyabr 2017 / 16:10 4771
-  A +

“Beşiktaş” ABŞ-ın “Orlando Siti” klubunun üzvü Kayl Larini transfer edir.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, 22 yaşlı hücumçu ilə 4.5 illik müqavilə haqda razılıq əldə olunub. Larinin klubu ilə müqaviləsi gələn ilin iyun ayında baş çatacaq. "Beşiktaş"ın mövsümün sonunda onun keçidini həll edəcəyi bildirilir. 

Qeyd edək ki, kanada millisinin üzvü ötən mövsüm MLS liqasında 24 matçda 11 qol vurub.

Daha çox


Son xəbərlər