Topaz Premyer Liqasının V turunda “Səbail”lə qarşılaşacaq “Qəbələ” səfər matçının hazırlıqlarını Bakıda davam etdirir.
Qol.az xəbər verir ki, “qırmızı-qaralar”ın müdafiəçisi Ürfan Abbasov klubun saytına açıqlamasında komandanın hazırlığını dəyərləndirib, rəqib və qarşıdakı matç haqda fikirlərini bildirib:
“Səbail”lə qarşılaşmaya ciddi hazırlaşırıq. Bütün matçlar üçün olduğu kimi yenə yüksək səviyyədə hazırlıq keçirik. Komandada yüksək əhval-ruhiyyə var. Rəqib yeni heyətə malik olsa da, çox yaxşı komandadır. “Səbail”in təkcə çempionat deyil, hətta yoxlama oyununu da izləmişəm. Vuruşan, hər top uğrunda mübarizə aparan, çox istəkli komandadır. Təbii ki, bizimlə görüşdə də xal qazanmağa çalışacaq. Bütün rəqiblər çempionatın hər qarşılaşmasında var qüvvəsi ilə mübarizə aparır. Buna baxmayaraq, biz də meydana 3 xal üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, səfər oyunundan qələbə ilə dönək. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik”.
Abbasov ilk 4 turdan sonra 7 xal toplayan komandasının çıxışını da dəyərləndirib: “Çempionatın 4 turu arxada qalıb. Yeni mövsümün böyük hissəsi hələ irəlidədir. Komandamızda yeni oyunçular olduğundan hazırda uyğunlaşma prosesi gedir. Bir müddət vaxta ehtiyac var. Düşünürəm ki, tezliklə istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Düzdür, komandanın indiki oyununu da müsbət dəyərləndirirəm. Amma daha effektli çıxış etməyimiz üçün zaman lazımdır”.
Həm ötən turun “Zirə”, həm də qarşıdakı turun “Səbail”lə qarşılaşması Ürfan üçün əlamətdar olacaq. Çünki IV turun qarşılaşması müdafiəçinin “Qəbələ”nin heyətində 161-ci oyunu olub. Bununla da Abbasov “qırmızı-qaralar”ın rekordçusu Dodoya çatıb. 2012-ci ildən “Qəbələ”də çıxış edən arxa xətt oyunçusu Premyer Liqada 130, Azərbaycan kubokunda 18, avrokuboklarda 13 görüş keçirib. Hesabında 3 qol olan Ürfan “Zirə” ilə matçda meydana çıxmaqla mütləq rekordçu olacaq. Futbolçu klubun tarixində ən çox qarşılaşmaya çıxan oyunçu olması barədə də danışıb:
“Bu, mənim üçün çox sevindiricidir. “Qəbələ”də ən çox oyun keçirən futbolçu olmaq əlavə məsuliyyət, əlavə stimuldur. Artıq “Səbail”lə görüşdə Dodonun göstəricisini arxada qoyub, mütləq rekordçu olmaq xoşdur. İnanıram ki, bunun ardı gələcək və daha oyun keçirib, komandamızla daha çox uğur qazanacağam. Rekordun rəsmiləşəcəyi “Səbail”lə görüşdə qazanılacaq qələbə ilə bu ikiqat sevinc olacaq”.
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi