Rəşad Sadiqov yenidən "Neftçi"də, Eminlə danışıqlar gedir

Rəşad Sadiqov yenidən "Neftçi"də, Eminlə danışıqlar gedir
ÖLKƏ FUTBOLU 11 Sentyabr 2017 / 14:23 6567
-  A +

Son mövsümü “Zirə”də keçirən Rəşad Sadiqov karyerasını “Neftçi”də davam etdirəcək.

Qol.az-ın xəbərinə görə, o, mövsümün sonuna qədər klubla müqavilə bağlayıb. Qol.az-a açıqlamasında “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli məlumatı təsdiqləyib.

O, həmçinin millimizin futbolçusu Emin Mahmudovla danışıqlar apardıqlarını və onun transferinin gündəmdə olduğunu deyib.

Xatırladaq ki, R.Sadiqov 2003-2008 və 2012-2014-cü illərdə də "ağ-qaralar"ın şərəfini qoruyub. 


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner