"Dişimizlə, dırnağımızla vuruşmağa hazırıq" - Qurban Qurbanov

"Dişimizlə, dırnağımızla vuruşmağa hazırıq" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 11 Sentyabr 2017 / 10:30 6923
-  A +

"Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək bizim  böyük arzumuz idi. Biz yüksək rəqabət səviyyəsini püşkatma nəticəsində İngiltərə, İspaniya və İtaliyanın top-klubları ilə eyni qrupda düşdükdən dərhal sonra hiss etdik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frans Press" agentliyinə açıqlamasında deyib.

O, Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərinin çox güclü və təcrübəli olduğunu bildirib: "Amma bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil. Biz hər bir matçda dişimizlə, dırnağımızla vuruşmağa hazırıq”.

Q.Qurbanov ÇL-in qrup mərhələsinin ilk turunda  "Çelsi"yə qarşı görüşün çətin keçəcəyini bildirib: "Yarışa Londonda başlayırıq. "Stemford Bric”dəki oyun bizim üçün çox çətin və ağır olacaq. Ancaq orada layiqincə çıxış edəcəyimizə ümid edirik".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının C qrupunda "Çelsi", "Atletiko" və "Roma" ilə birgə mübarizə aparacaq.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner