"Kopenhagen"in futbolçusu əməliyyat olundu

"Kopenhagen"in futbolçusu əməliyyat olundu
XƏBƏR 17 Avqust 2017 / 11:05 3835
-  A +

"Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kopenhagen”in futbolçusu Erik Yohansson əməliyyat olunub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  28 yaşlı müdafiəçi bu yaxınlarda çarpaz bağları qırıldığı üçün bıçaq altına yatıb. Onun əməliyyatının uğurlu keçdiyi bildirilib. Yohanssonun 6-9 ay ərzində sıraya dönəcəyi gözlənilir.
 
Qeyd edək ki, Erik Yohansson ötən ildən “Kopenhagen”in şərifini qoruyur.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner