"Dünyada ilk dəfə bir azərbaycanlı - Ramil Quliyev dünya çempionu oldu. Bu, böyük hadisədir. Orada onu təbrik etdik. Həmçinin, cənab İlham Əliyev və cənab Rəcəp Tayyip Ərdoğan da onu təbrik etdi".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə yığmanın sabiq üzvü Ramil Quliyevin Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olmasına münasibət bildirərkən deyib.
Ç.Hüseynzadə bildirib ki, R.Quliyevlə bağlı 6 il əvvəl dediklərini təkzib etmir: "Atletika fərqli idman növüdür. Burada hazırlıq məsələsi var. Bəli, demişdim ki, Rio-de-Janeyroda nəticəsi olmayacaq, olmadı da. Ramil 2015-ci ildən sonra uğur qazanmağa başladı. Bu məsələnin bir idman tərəfi var, bir də mənəvi tərəfi. Quliyev yeganə idmançıdır ki, 19 yaşında heç bir nəticəsi olmadığı halda, cənab prezident onu evlə təmin edib. Bu, federasiyanın təqdimatı ilə olub. Həmçinin, "Neftçi"də yüksək maaş alıb. Bunları araşdırın".
AAF prezidenti Layeş Abdullayeva ilə bağlı dərc olunan məqaləyə də münasibət bildirib: "Yazı "Guardian" jurnalında çap olunub. Bu nəşrdə 417 məqalə dərc edilib. Avropa Oyunları dövründə Azərbaycana çirkab atırdılar. Bildiyiniz kimi, Avropa Oyunları zamanı onlara akkreditasiya verilməmişdi. Buna rəğmən, çirkli şeylər yazmaqda davam etdirdilər. "Guardian"ın cavabını bizim jurnalistlər araşdırma apararaq, verməlidirlər. Ona görə sizə müracəit edirəm. Bütün dünyada araşdırmalar aparılır, nədənsə bizdə yoxdur. Jurnalistə məmur yox, jurnalist cavab verməlidir. Mənim 7 min dollar mənimsəməyimə gəlincə, onun federasiya ilə deyil, klubla müqaviləsi vardı. Ona mükafatı nazirlik verib. Bu pulu mən mənimsəyə bilmərəm. Ola bilər ki, Bakıda kiminsə ona borcu var. Amma federasiya ilə heç bir əlaqəsi yoxdur. Həm də onun kifayət qədər pulu var və vətəni Efiopiyada biznes qurub".
Ç.Hüseynzadə deyib ki, Azərbaycan ilk dəfə bu il Londonda keçirilən dünya çempionatına 5 vəsiqə qazanıb, lakin atletlərdən biri zədələndiyi üçün start xəttinə çıxmayıb: "Aleksis Kopello və Anna Skidan 5-ci yeri tutdular ki, bu da yaxşı nəticədir. Onların nəticələri xarici mütəxəssislər tərəfindən də yüksək qiymətləndirildi. Hayle İbrahimov uğursuz çıxış etdi. Nazim Babayev isə hələ gəncdir, karyerası qabaqdadır. Ondan indi nəticə tələb olunmur".
MOK-un vitse-prezidenti bildirib ki, atletlərin hazırlığı üçün ölkədə yetərincə şərait yoxdur: "Bunlar ümumi problemlərdir. Ona görə də təlim-məşq toplanışı üçün xaricə gedirik. Federasiyaya dövlət tərəfindən bir qəpik də pul ayrılmır. Federasiya stadion tikə bilməz".
Qeyd edək ki, Ramil Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, dünya çempionu tituluna sahib çıxana qədər 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və "Brilliant Liqa"nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. R.Quliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb.
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri