Hakimlə toqquşdu, meydandan qovuldu - Video

Hakimlə toqquşdu, meydandan qovuldu -  Video
VİDEO 5 Yanvar 2017 / 14:20 4029
-  A +

Portuqaliya kubokunda keçirilən "Moreyrenşe" - "Portu" oyunu (1:0) gülünc hakim qərarı ilə yadda qalıb.

Qol.az-ın məlumatına görə, qonaqların futbolçusu Danilo Pereyra oyun zamanı baş hakimə təsadüfən toxunduğu üçün meydandan qovulub.

Bu, matçın 80-ci dəqiqəsində baş verib. Qarşılaşmanın baş hakimi Luiş Qodinyo arxa-arxaya qaçdığı an Daniloya dəyib. Buna görə də o, futbolçuya sarı vərəqə göstərib.

Bu, Danilonun oyunda ikinci sarı vərəqəsi olduğundan o, meydandan qovulub.

Qeyd edək ki, görüş zamanı "Portu"nun daha bir futbolçusu da qırmızı vərəqə ilə cəzalandırılıb.




Son xəbərlər
topaz banner