66 oyun, 36 qələbə

66 oyun, 36 qələbə
XƏBƏR 12 İyul 2020 / 18:18 1353
-  A +

Koronavirus pandemiyası üzündən yarımçıq başa çatdırılan Azərbaycan kuboku 2019/20 mövsümü “Qəbələ”nin turnirdə 15-ci sınağı olub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu yarışda 2005/06 mövsümündə debüt edən “qırmızı-qaralar” bu müddətdə 66 oyuna 63,1 faizlik göstəriciyə malikdir. 

36 qələbə və 17 heç-heçəsi olan “Qəbələ” yalnız 13 dəfə uduzub. 112 top vuran və 55-ni buraxan "Qəbələ" Azərbaycan kuboku tarixinin 8-ci komandasıdır. “Qırmızı-qaralar” 7-ci olan “Turan”dan 3, 6-cı olan “Xəzər Lənkəran”dan 12 xal geridədir. Komanda həm ev, həm səfərdəki göstəricilərinə görə yarışın 28 illik tarixində 8-cidir. “Qəbələ” neytral meydandakı nəticəsinə əsasən 6-cı sırada yer alıb.


Son xəbərlər