Premyer Liqada mövsümün rekordu

Premyer Liqada mövsümün rekordu
PREMYER LİQA 17 Fevral 2020 / 10:24 1733
-  A +

Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, 17-ci turda qapılara 17 qol vurulub. “Zirə” – “Qarabağ” (0:6) görüşündə altı, “Neftçi” – “Keşlə” və “Səbail” – “Qəbələ” (hər ikisi 3:1) matçlarında dörd, “Sumqayıt” – “Sabah” (1:2) oyununda üç top vurulub.

Turun 4 qarşılaşmasında meydan sahibləri 7, qonaqlar 10 dəfə fərqlənib. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. Əvvəlki rekord 16 qolun qeydə alındığı 12-ci tura təsadüf edib.

Qeyd edək ki, ölkə çempionatlarında orta məhsuldarlığın 4,25 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsüm qeydə alınmışdı. 2018/19 mövsümünün 11-ci turunda da indiki kimi 17 qol vurulub.
 

 

 

Daha çox


Son xəbərlər
08.07.20  00:42

Lider xal itirmədi