Hazırda “Liverpul”u çalışdıran Yurgen Klopp “Borussiya”nı çalışdırarkən üzləşdiyi bir maraqlı hadisə haqda məlumat verib.
Qol.az xəbər verir ki, Dortmund klubu barədə çəkilən sənədli filmdə o, “Borussiya” ilə 2010/11 mövsümündə çempionluğu qazandıqdan sonra başına gələn əhvalat barədə ilk dəfə danışıb.
“Mən o vaxta qədər həqiqətən mənəvi cəhətdən tükənmişdim. Bu hadisədən kiməsə bəhs etdiyimi xatırlamıram. Çempion olduğum gün o qədər içmişdik ki, ertəsi ayılanda özümü bir qarajda yük maşınında gördüm. Tək idim. Bunu dəqiq xatırlayıram, amma bir neçə saat əvvəl nə baş verdiyindən xəbərim yox idi. Yük maşınından düşəndə bir fabrikin böyük bir sexində idim. Əraziyə baxdım, çıxış üçün qapını axtardım. Bu zaman bir insanın siluetini gördüm. Ona səsləndim. Yavaşıdı. Bir neçə dəqiqədən sonra onun Vatske (klubun baş direktoru) olduğunu başa düşdüm. Biz həmin vaxt fabrikdəki yeganə insanlar idik".
Hekayə bununla bitmir. Çünki sonra Klopp və Vatske şəhərə qayıtmalı idi.
"Borussiya”nın bayram şənliyinə görə yolların çoxu bağlandığı üçün magistral yolda maşınlar demək olar ki, yox idi. Bu zaman bir köhnə “Mersedes”in gəldiyini gördük. Saxladıq. Maşını sürən bir türk idi. O, əvvəlcə bizi aparmaqdan imtina etdi. Amma Vatske 200 avro verdikdən sonra razılaşdı. Gedərkən mən bunların həqiqət olduğuna inana bilmirdim. Fikrimi toparlamağa çalışırdım ki, maşından qəribə səs gəldi. Məlum oldu ki, türk maşının baqajında cücələr aparır”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov