Messi Argentinada insafsızcasına tənqid edilir!

Messi Argentinada insafsızcasına tənqid edilir!
DÜNYA FUTBOLU 25 Aprel 2019 / 20:58 3425
-  A +

“Lionel Aregentina millisində oynayanda əzab çəkir. Çünki Argentina xalqı uğurlardan şad olmaq əvəzinə nəyisə parçalamağı daha çox sevir".
 
Qol.az xəbər verir ki, bu sözləri Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaoli deyib.

O, İspaniya mətbuatına açıqlamasında "Barselona"nın kapitanı Lionel Messinin Argentina millisində uğur qazana bilməməsinin səbəblərindən danışıb:

"Messinin “Barselona”dakı oyununu millidə göstərə bilməməsi argentinalıların ondan çox şey gözləməsindən irəli gəlir. Avropada 600 qol vurub, bütün rekordları qıran bir oyunçu ölkəsində  insafsızcasına tənqid edilir. Messi də insandır. Aregtina azarkeşləri “Barselona” fanatlarının Messinin oyunundan aldığı həzzi ala bilmir”.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı