Əzizim Aydın, çoxdan bəri məni düşündürən bu qeydləri Məhəmməd Salah barədə sənin feysbuk statusundan sonra yazıram.
Sən bu gəncin barəsində (1992-ci il iyunun 15-də anadan olub, yəni hələ 26 yaşı olmayıb) Çempionlar Liqasının “Roma” ilə ilk yarımfinal oyunundakı çıxışından sonra yazmışdın və hətta məsələni belə də qoymuşdun: yəni indi dünya futbolunda Salahdan güclü müsəlman futbolçu varmı? Bu suala futbolçunun özü həmin yarımfinal görüşündən sonrakı dörd rəsmi matçda bircə yüzfaizli qol vəziyyəti yaratmamaqla və ya onun üçün yaradılmış fürsətləri boşa verməklə cavablandırdı: demədi ki, düşündüyün futbolçudan yoxdur; dedi ki, sual hələ çox tez verilib, onu cavablandırmaq üçün hələ minimum 1(BİR) il də gözləmək lazımdır. Söhbət heç də qol vurub-vurmamaqdan getmir, əsil oyunçu keyfiyyətlərindən, bu keyfiyyətlərə malik olub-olmamaqdan gedir. Məncə indiki halda Salahda – becid start sürətindən savayı - bu keyfiyyətlər hələ çatışmır.
Dünya futbolunun tarixi sübut edir ki, bütün dahi futbolçular fenomen olduqlarını məhz 25-26 yaşdan sonra təsdiqləyirlər. O vaxta qədər bütün vunderkindlər elə vunderkind olaraq qala bilirlər. Ən azı, mən bu 68 yaşımda belə görmüşəm. Yaddaşım bir az mənə vəfasızlıq edir və mən indi konkret soyadlar xatırlaya bilmirəm... Amma biri yadıma düşdü – Anatoli Banişevski. Onu da xatırlayıram ki, 25-30 yaşlı Banişevski heç cür 18-20 yaşlı Banişevski deyildi və ola da bilmədi...
Salaha qayıdıram. Bu adam keçən il “Roma”da oynayırdı və təcrübəli Luçano Spalletti əksər oyunlarda hücumda Edin Ceko ilə yanaşı ona və Stefan Şaaraviyə bel bağlayırdı. Çempionatın yekunu belə oldu: Ceko – 37 oyunda 29 top; Şaaravi – 32 oyunda 8 top; Salah – 31 oyunda 15 top. Əslində, Salahın göstəriciləri o qədər də pis deyil, amma indiki göstəricilərindən xeyli geri qalır. Bunun başlıca səbəblərindən biri ümumiyyətlə oyunçuya məşqçinin münasibətindən asılıdır, daha doğrusu, onu hansı mövqedə oynatmasından asılıdır. İndi “Liverpul”da Salah ona həvalə olunan missiyanı “Roma”da əldə etməmişdi. Premyer-liqanın ilk 10 turunda mərkəz hücumçusu (qoleador) mövqeyinə D.Starriclə F. Koutinyo da (sonradan bu iki futbolçu müxtəlif səbəblərə görə “Liverpul”u tərk edib) şərik idi, buna görə həmin 10 oyunda Salah cəmi 5 top vurmuşdu və təbii ki, liderliyə də iddialı deyildi.
Mənim fikrimcə, Salah həqiqətən tərifəlayiq əvəzsiz futbolçu olduğunu o halda sübut edər ki, məsələn, transfer olunacağı “Real”da,”Barselona”da və ya başqa bir komandada builki oyununu göstərə bilsin. Tək olanda, komanda ona oynamayanda Salah gizli potensiallı oyunçu olaraq qalır. Bunu elə indiki dörd oyun da göstərir...
P.S. Mən bu qeydləri çox əsəbi başladım, amma klaviaturda hərfləri dənə-dənə axtarıb tapıb taqqıldadanda əsəbiliyim də getdi. Ancaq əsas dediyim fikir qaldı: istənilən futbolçu, o cümlədən Salah barədə müəyyən mərhələdən sonra fikir yürütmək daha düzgün olar...
Şakir YAQUBOV
Sarri qovula bilər
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı