Sovet dövrünün çox məşhur futbol yazarı, uzun illər SSRİ-nin hər yerində əl altından satılan “Futbol-Xokkey” həftəliyinin redaktoru Lev Filatov “Hücumçular” adlı kitabında (Moskva, 1986) kitabında yazır: “Bakı xeyli yaxşı ustalar yetişdirmişdir. Lakin təkcə Banişevski bütün qollarını özünün cavanlıq çağlarının klubunda oynayarkən vurmuşdur; o, üst-üstə bütün bakılılardan daha çox öz şəhərini ölkənin yığma komandasında təmsil etmişdir”.
Banişevskinin özü isə 100-cü qolunu vurandan sonra həmin “Futbol-Xokkey”in müxbirinə demişdi: “Dnepr”lə matçda yüzüncü topumu vurdum və “Neftçi” “Qriqori Fedotov klubu”na daxil oldu. Yox, mən səhv etmirəm: “Neftçi” deyiləndə həmişə öz doğma komandamızı nəzərdə tuturam. Mən bu komandada böyüyüb boya-başa çatmışam, onunla fəxri kürsüyə qalxmışam, onunla güclülər dəstəsini tərk etmişəm və yenə də bu dəstəyə qayıtmışam. Oynamağı qurtarandan sonra, əlbəttə ki, “Neftçi”nin qızğın pərəstişkarı olaçağam...”
Bəli, o, Bakıdan, Azərbaycandan heç vaxt – fəal idmandan aralanmalı olduğu 1989-1990-cı illərdə də ayrılmadı. Hərçənd müvəqqəti olsa da, onun həyatında belə məqamlar olmuşdu - o, haradasa, hansısa işi görüb qurtarandan sonra yenə doğma şəhərinə qayıtmışdı.
Unudulmaz futbolçumuzun növbəti anım günü ərəfəsində onun bioqrafiyasının yuxarıda qeyd elədiklərimlə bağlı olan və geniş oxucu dairəsinə o qədər də məlum olmayan bir faktından söz açmaq istəyirəm...
Öz dövründə A.Banişevski SSRİ-nin birinci milli komandasında oynamağa dəvət alan ən cavan futbolçu idi – onacan daha cavan yaşda (18 yaşında) təkcə Moskva torpedoçusu Eduard Streltsov belə yüksək şərəfə layiq görülmüşdü. Üstəlik də komanda yoldaşlarının mütləq əksəriyyətindən fərqli olaraq, birinci yığma komandaya qədər Banişevski heç bir ciddi yarışda “SSSR” abbreviaturalı geyimdə yaşıl meydançaya çıxmamışdı. Amma ölkənin baş komandasının
heyətinə cəlb edilənədək beynəlxalq səviyyəli bir yarışda SSRİ-nin təmsilçisi kimi qüvvəsini sınamalı olmuşdu. Bu, 21 yaşınadək futbolçuların beynəlxalq San-Remo turniri idi.
İtaliyanın San-Remo şəhərinin "Karlinz boyz" klubu tərəfindən təşkil edilən bu turnir 1947-ci ildən keçirilirdi, avqust ayında təşkil olunurdu və bir qayda olaraq, burada 7 yerli və 5 xarici KLUB KOMANDASI qələbə uğrunda mübarizə aparırdı. Sovet futbolçuları San-Remoya ilk dəfə 1964-cü ildə, Moskva "Spartak"ının gənclərdən ibarət komandası adıyla yollanmışdılar. Sovet dövründə belə şeylər heç də ayıb sayılmırdı – hansısa bir yarışda ölkənin və ya müttəfiq respublikanın (şəhərin) adını “batırmamaq üçün” həmin komanda digər kollektivlərdən cəlb edilmiş futbolçularla “möhkəmləndirilirdi”. Bu dəfə də belə olmuş və dırnaqarası “Spartak”ın start heyəti bu futbolçulardan tərtib edilmişdi: Sergey Kramarenko, Anatoli Şuljenko, Sergey Krulikovski, Vaxtanq Çelidze, Anatoli Şeblyakov, Vladimir Muntyan, Andrey Prosikov,Vitali Zabrodin, Anatoli Banişevski, Anatoli Bışovets, Viktor Bufalov. Spartakçılar turnirdə ardıcıl olaraq İtaliyanın "Sampdoriya" (3:0), "Yuventus" (4:0) və "Milan" (2:0), habelə İngiltə-rənin "Birmingem Siti" (3:0) komandalarının gənclər kollektivlərini məğlubiyyətə uğradaraq, qalib adını qazanmışdılar. Üstəlik, "Ən yaxşı qapıçı" və "Ən məhsuldar oyunçu" prizləri də sovet komanda-sına qismət olmuşdu. Dırnaqarası "Spartak"ın xüsusilə fərqlənmiş laureat-oyunçuları isə... Bakı "Neftçi"sinin üzvləri qapıçı Sergey Kramarenkoyla hücumçu Tolik Banişevskiydi. Onlardan savayı, daha bir bakılı – Vitali Zabrodin da San-Remo turnirinin qalibi olmuşdu.
İlin sonunda Sergeylə Tolik SSRİ birinciliyinin ən yaxşı debütantları üçün "Smena" jurnalının təsis etdiyi xüsusi mükafata da layiq görülmüş, San-Remoda qələbə qazanan dırnaqarası "Spartak"ın baş məşqçisi, əməkdar idman ustası Aleksey Paramonov isə Toliki həm də SSRİ-nin birinci yığma komandasına tövsiyə etmişdi (1956-cı ildə SSRİ yığma komandasının heyətində Melburn olimpiadasının qalibi olan A.Paramonov 1960-1965-ci illərdə əslində SSRİ-nin 18 yaşınadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisiydi və necə deyərlər, tövsiyə etmək onun vəzifə borcuydu). Təbii ki, SSRİ-nin səlahiyyətli futbol funksionerləri ilk vaxtlar məşqçinin tövsiyəsinə inamsızcasına yanaşmış, lakin ortabab əyalət komandasında oynayan gənc mərkəz hücumçusunu hər halda sonrakı il ölkənin birinci (milli) seçmə komandasının heyətinə daxil etmişdilər. Tarix sübut elədi ki, Paramonov səhv etməyibmiş...
Şakir YAQUBOV,
iki dəfə “Əməkdar mədəniyyət işçisi”
Klopp "Real"a hücumçu təklif etdi
"Qarabağ"ın hazırlıq planı bilindi
"Barselona" ter Ştegenə təzminat ödəməyə hazırdır
"Liverpul"dan rəsmən yeni transfer
"Şamaxı" növbəti transferini açıqladı
“Neftçi”dən ayrılıb “Zirə”yə keçdi
Azərbaycan millisinin Latviyaya qarşı oyunundan - Video
Latviya – Azərbaycan matçından - Şəkillər
"Təhlükəli epizodlar yaratdıq" - Fernandu Santuş
Azərbaycan millisi Latviya ilə bərabərə qaldı
"Komo" onun üçün danışıqlara başladı
Ronaldo Yamal haqda nələr dedi?
Azərbaycan millisi Latviya ilə oyuna bu heyətlə çıxır
"Roma" loqosunu yenilədi - Şəkil
"İnter"dən yeni transfer
Mbappe PSJ-nin onsuz ÇL-i qazanmasından danışdı
"Arsenal"dan "Flamenqo"ya - Rəsmi
Özbəkistan prezidenti milli komandanı təltif etdi
"Biz İtaliyayıq, bu cür nəticə qəbuledilməzdir"
"Liverpul" Virtzin transferini bitirir
Norveçdən İtaliyaya 3 cavabsız qol - Video
Dünya futboluna ofsaydla bağlı yenilik gəlir
Millimizin rəqibindən səfər qələbəsi
Macarıstan millisi Bakıya məğlubiyyətlə gəlir
Əliyar Ağayev Rusiya millisinin oyununu idarə etdi
Millimizin Latviya ilə oyunöncəsi açıq məşqindən - Şəkillər
Toral millinin oyununa çıxmayacaq?
"Atalanta"nın yeni baş məşqçi təyinatı rəsmiləşdi
"Tottenhem" baş məşqçisi ilə yollarını ayırdı
Santuş kapitanlığı Emin Mahmudova qaytardı
Millimiz Qazaxıstana qalib gəldi
"Bizə qələbə lazımdır" - Emin Mahmudov
"Futbolçularımız çox istəklidirlər" - Fernandu Santuş
“Roma”da Qasperini dönəmi
"Atalanta" onunla razılaşdı
"Liverpul" bu qapıçını transfer edir
La Liqada mövsümün ən yaxşı oyunçusu seçildi
Bekhem "Cəngavər" adı alacaq