Türkiyənin İstanbul şəhərində davam edən güləş üzrə dünya çempionatında bu gün daha üç idmançımız döşək üzərinə çıxıb.
Qol.Az-ın məlumatına görə, 55 kq-da Yuliya Ratkeviç, 59 kq-da Sona Əhmədli və 63 kq çəki dərəcəsində Gözəl Zutova mübarizəyə qoşulublar.
59 kq-da mübarizə aparan Sona Əhmədli artıq ilk görüşünü keçirib. 1/16 finalda qazaxıstanlı Olqa Kalininlə üz-üzə gələn qadın idmançımız inamlı qələbə qazanıb (1:0, 2:0). Bu nəticə ilə adını 1/8 finala yazdıran Sonanın bu mərhələdəki rəqibi isə rusiyalı Valeriya Jolobova olacaq.
Sona Əhmədli 1/8 finalda rusiyalı Valeriya Jolobovanı (0:1, 2:1, 2:1) məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Güləşçimizin 1/4 finaldakı rəqibi isə belarusiyalı Nadzeya Mixalkova olub. Əhmədli bu mərhələdə rəqibini 2:1 və 3:1 hesabı ilə məğlub edərək yarımfinalal vəsiqə qazanıb.
Güləşçimiz yarımfinalda ukraynalı Janna Vasilenko qarşılaşıb. Lakin təmsilçimiz ukraynalı rəqibinə 4:6 hesabı ilə məğlub olub. Bununla belə, güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.
Bürünc medal uğrunda kanadalı Amanda Qerxartla döyüşən Əhmədli rəqibini 1:0 və 2:1 hesabları ilə məğlub edərək dünya çempionatını 3-cü pillədə başa vurub. Qeyd edək ki, bu çəki üzrə London Olimpiyadasına lisenziya verilmir.
Ancaq təəssüf ki, digər təmsilçimiz Gözəl Zutova Sonanın uğurunu təkrarlaya bilməyib. 1/32 finalda Mustafa Useynlə (Bolqarıstan) qarşılaşan idmançımız rəqibinə məğlub olub. Bolqarıstanlı güləşçiyə görüşün taleyini həll etmək üçün cəmi 93 saniyə bəs edib (4:6).
55 kq-da Yuliya Ratkeviç də ilk görüşünü keçirib. Onun 1/16 finaldakı rəqibi isə Özbəkistan güləşçisi Salamat Kuçimova olub. Rəqibini 1:0 və 4:0 hesabı ilə məğlub edən Ratkeviç dünya çempionatında ilk qələbəsini qazanıb.
Ratkeviç latviyalı Anastasiya Qriqoriyeva üzərində təmiz qələbə qazanıb. Güləşçimiz 1/4 finalda kanadalı Linn Verbeklə qarşılaşıb. Güləşçimiz bu mərhələdəki rəqibinə uduzub. Lakin Ratkeviçin bürünc medal qazanmaq və London Olimpiyadasına getmək şansı hələ də qalırsı.
Məhz Verbekin finala vəsiqə qazanması təmsilçimizin yolunu açır. İlk görüşünü rusiyalı Mariyey Qurovaya qarşı keçirən Ratkeçiv rəqibinə 0:2, 1:0, 1:2 hesabları ilə məğlub olub. Bununla da, təmsilçimiz dünya çempionatını medalsız və lisenziyasız başa vurub.
Qeyd edək ki, ilk 3 gündə mübarizə aparan 9 idmançımızdan Rövşən Bayramov (55 kq) qızıl medal qazanıb. 84 kq-da yarışan Saman Təhmasibi London olimpiadasına sadəcə lisenziya əldə etməsinə sevinib. 48 kq-da yarışan Mariya Stadnik həm lisenziya, həm də gümüş medal qazanıb. Patimat Baqomedova isə (51 kq) isə sadəcə bürünc medalla kifayətlənib.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze