Qol.Az

"Niyə "Qarabağ" qrupda oynayır, biz yox?" - erməni prezidentə gözlənilməz sual


 

"Niyə "Qarabağ" qrupda oynayır, biz yox?" - <b style="color:red">erməni prezidentə gözlənilməz sual</b>

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azərbaycan futbolunun Ermənistanla müqayisədə irəli getməsinə münasibət bildirib.

Qol.az-ın “Sputnik Armenia”ya istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, bunun səbəbi azərbaycanlı iş adamlarının futbolu ermənilərdən daha çox sevməsidir. O etiraf edib ki, yaxın zamanlarda erməni klublarının Azərbaycan çempionu “Qarabağ” kimi Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdur.

“ÇL-in qrupunda oynamaq üçün külli-miqdarda pul lazımdı ki, bu da bizdə yoxdur” – deyə o, keçirdiyi mətbuat konfransında bildirib.

“Nəyə görə Azərbaycan klubu “Qarabağ” Çempionlar Liqasının qrupuna düşür, amma bizimkilər yox” sualına onun cavabı belə olub:
 
“Çünki azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər”.

 





12.01.2018    çap et  çap et