Serbiyanın Zrenyanin şəhərində keçirilən 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir.
Qol.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır.
İkinci yarış günündə yığmamızın 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışıb.
Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burca, Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio de Janeyro Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləşçilərimizin Olimpiya Oyunlarına qazandıqları 12-ci lisenziya olub.
Avropa təsnifat turnirinin finalında Cəbrayıl Həsənovun rəqibi Gürcüstan təmsilçisi Jakob Maxaraşvili olub. Bu görüşü də tam üstünlüklə qələbə ilə başa vuran Cəbrayıl turnirin qızıl medalına yiyələnib. Keçirdiyi bütün görüşləri aşkar üstünlüklə tamamlayan güləşçimiz rəqiblərindən 42 xal alsa da, heç bir rəqibinə xal verməyib.
Qadın güləşi yarışlarında 63 kq çəkidə mübarizə aparan İrina Netreba ilk görüşdə Çexiyadan Adela Hanzlickovanı üstələsə də, Rusiya təmsilçisi Anastasia Bratçikovaya uzudub və lisenziya şansını itirib. Ancaq güləşçimiz Yunanıstan təmsilçisi Aqoro Papavasileiou ilə bürünc medal uğrunda görüşə çıxıb. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da xalların keyfiyyətinə görə rəqib qalib olub, güləşçimiz yarışı 5-ci sırada tamamlayıb.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…