Çempionlar Liqası və Avroliqada növbəti püşkün vaxtı açıqlandı

Çempionlar Liqası və Avroliqada növbəti püşkün vaxtı açıqlandı
GÜNDƏM 12 Dekabr 2013 / 12:09 6126
-  A +

UEFA Çempionlar Liqası və Avropa Liqasında növbəti püşkatma mərasiminin vaxtını açıqlayıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Reqlamentə əsasən qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşacaq. Lakin püşk zamanı eyni ölkədən olan komandaların üzləşməsinə şərait yaradılmayacaq.

Avropa Liqasının 1/16 final mərhələsinin püşkü də həmin gün keçiriləcək. Lakin qitənin ikinci dərəcəli turnirinin püşkü ÇL-dən bir saat sonra, Bakı vaxtı ilə saat 16:00-da atılacaq. Burada qrup qalibləri və Çempionlar Liqasından gələn ən yaxşı 4 komanda səpələnmişlər səbətində yer alacaq. Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutmuş digər 4 komanda isə Avroliqanın qrup ikinciləri ilə səpələnməmişlər səbətində qərarlaşacaq.

Qeyd edək ki, hər iki turnirdə qrup qalibləri ilk oyunlarını səfərdə keçirəcəklər.

Daha çox


Son xəbərlər
28.06.25  14:51

"Milan"dan getdilər

28.06.25  13:59

"Yuventus"da ciddi itki