"Kəpəz" daha 3 futbolçu ilə vidalaşdı

"Kəpəz" daha 3 futbolçu ilə vidalaşdı
ÖLKƏ FUTBOLU 29 İyun 2025 / 00:20 416
-  A +

"Kəpəz"in portuqaliyalı futbolçular Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeyda ilə müqaviləsi başa çatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi hər üç futbolçu ilə yollarını ayırıb.

"Pana" ləqəbli Almeyda çempionatda "Kəpəz" forması ilə keçirdiyi 29 oyunda 1 dəfə fərqlənib. Müdafiəçi Verdaşka 27, Santos isə 31 matçda bölkə klubunun şərəfini qoruyub.

Qeyd edək ki, "Kəpəz" bunadək Azər Bağırov (baş məşqçi), Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça və Yeqor Xvalko ilə yollarını ayırıb.


Son xəbərlər
28.06.25  14:51

"Milan"dan getdilər

28.06.25  13:59

"Yuventus"da ciddi itki