Böyükağa Hacıyev: "Belə davam etsə, Rəşad Sadiqov mənim yanımda oturacaq"

Böyükağa Hacıyev: "Belə davam etsə, Rəşad Sadiqov mənim yanımda oturacaq"
GÜNDƏM 24 Sentyabr 2012 / 19:42 4723
-  A +

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün “Sumqayıt”ın qələbə qazanmaq həvəsi bizdən çox idi". 

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Sumqayıt" ilə oyundan (2:3) sonra deyib.

B.Hacıyev "Eminin qapıya qoyulması işlərimizi çətinləşdirdi. Yaxşı qapıçı bir hissədə iki qol epizodunu çıxartmalıdır. Rəqibin 9 nömrəli futbolçusu yaxşı oynadı (Orxan Əliyev). Futbolçularım rəqibə ciddi yanaşmadı. “Sumqayıt”ın heyəti əsasən cavan uşaqlardı, oyun boyu qaçırlar.
 
Bu gün üç nəfər meydanda yox idi, komandamda futbola aid heç nə görünmürdü. Mən bu komandanın nəyə qadir olduğunu bilirəm. Rəşad Sadiqov yaxşı oynamır. Belə davam etsə, mənim yanımda oturacaq”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi