AQİL ABBAS: “AĞDAMLILAR, GEDİN YENİ KOMANDA YARADIN, “QARABAĞ” SİZİN DEYİL”
BƏXTİYAR SADIQOV: “SƏNƏ PUL QAZANMAĞA ŞƏRAİT YARADAN DÖVLƏT VƏ O DÖVLƏTİN İDMAN SİYASƏTİ VAR”
Bir neçə vaxtdır ki, “Qarabağ” futbol klubunun Ağdamın Quzanlı qəsəbəsi stadionundan imtina edib ev oyunlarını Bakıda keçirməsinə olan sərt etiraz getdikcə güclənir. Komandanın ev oyunlarını Ağdamda oynamaqdan imtina etməsi ağdamlılar üçün çox üzücüdür. Belə ki, onların neçə illərdir azarkeşlik etdikləri “Qarabağ” klubu bu mövsümdən etibarən öz ev oyunlarını Ağdamdan uzaqda keçirəcək.
“Qarabağ” klubunun rəhbərliyi komandanın Quzanlıdan Bakıya köçürülməsini orada şəraitin olmaması ilə izah edir. Bəs görəsən, həmin ərazidən olan deputatlar bununla razılaşırlarmı?
Qol.Az-ın xəbərinə görə, bununla əlaqədar Modern.az saytı əslən Qarabağdan olan millət vəkillərinə müraciət edib.
83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında bildirib ki, bu komanda Ağdamın deyil, “Azersun” şirkətinindir və komandanın harada oynatmaq onun öz hüququdur: “Bugünkü “Qarabağ”ın Ağdama getməməyi o komandanın öz hüququdur. Sadəcə olaraq, oradan Ağdam sözünü çıxarmalıdırlar. Çünki bir komandanınki adında Ağdam söz var, ora getməyə ərinirsə, o adı çıxarmalıdır. Guya yol uzaqdır, elə bil piyada gedirlər! Bu “Azersun”un öz komandasıdır. Ağdamlılar da gedib özünə komanda yaratsın!
Ağdamda hər zaman futbol məktəbi olub. Müxtəlif klublarda Ağdamın yetişdirdiyi məşqçilər və futbolçular var. Artıq komanda qurmaq lazımdır. Daha bəsdir, Türkiyədən, Gürcüstandan və yaxud Afrikada çöldə qalmışı gətirib komandanı saxlamaq olmaz. Azərbaycan öz futbolçusunu yetişdirməlidir və Ağdam da buyurub komandasını yetişdirsin”.
119 saylı Ağdam kənd seçki dairəsinin deputatı Bəxtiyar Sadıqov da “Qarabağ” futbol klubunun Ağdamda oynamaqdan imtina etməsini və Suraxanı qəsəbə stadionu ilə müqavilə bağlamasını çox böyük təəssüf və təəccüblə hissi ilə qarşıladığını deyib:
“Ağdam düşmən işğalı altındadır. Ağdamda 17 köçkün şəhərciyi salınıb. Əvvəlcə həmin bölgədə 30 min insan yaşayırdı, sonradan müharibə dövründə daha 30 min köçkün ora pənah gətirdi. Onlar Ağdamın işğal edilmiş kəndlərindən gəldilər. Bu insanlar üçün dövlət başçısı İlham Əliyev Azərbaycanda ilk dəfə olaraq kənd yerində (o vaxtı Quzanlı kənd idi) Olimpiya idman kompleksi tikdirdi. Bu, dövlət başçısının məcburi köçkünlərə və işğal rayonunda idmanın inkişafına qayğısıdır. Amma çox təəssüflər ki, komandaya sponsorluq edənlər müxtəlif bəhanələrlə və oyunbazlıqla çalışırlar ki, “Qarabağ” məcburi köçkün rayonunda, Ağdamın bu gün paytaxtı funksiyasını yerinə yetirən Quzanlı qəsəbəsində, prezident İlham Əliyev tərəfindən tikilmiş Olimpiya idman kompleksinin stadionunda oynamasın”.
Deputat bunun səbəbini başa düşmədiyini deyib. Amma bildirib ki, müəyyən ehtimallar var , lakin onu hələ mətbuata açıqlamaq istəmir: “Amma məcburi köçkünlərin öz komandalarına azarkeşlik etməsinə mənəvi haqları çatır. Müxtəlif bəhanələr var. Guya stadion yaxşı vəziyyətdə deyil. Yaxşı vəziyyətdə deyil, yaxşılaşdırın. Çox gülünc bəhanələrdir. Futbolçular uzaq məsafəyə gedirlər və yorulurlar. O vaxtı SSRİ çempionatı keçiriləndə komandalar dünyanın bu başında uçaraq o başına gedirdilər. “Neftçi” müttəfiq respublikaların hansı birinin paytaxtına gedib oyun oyanmırdı?! İndi çox şükür, yollarımız geniş və rahatdır. Ağdama 2 saat yarıma çatmaq mümkündür. Burada nə isə ayrı, bizim bildiyimiz, amma hələ açıqlamaq istəmədiyimiz məqamlar var. Məcburi köçkünün haqqı var ki, onun futbol komandası olsun. Onun haqqı var ki, prezidentin ona ərmağan etdiyi qəsəbədə oturub, prezidentin ərmağan etdiyi stadionda sevimli komandasına azarkeşlik etsin. Onu bu mənəvi hüququndan məhrum etmək olmaz. “Qarabağ”ın bu mövsümdə Suraxanı stadionunda oynamaqlarını əsasnaməyə salmaqla işlərini “etibarlı” tutublar. Amma bir baxsınlar görsünlər, dövlətin siyasəti nədir. Görsünlər ki, dövlət başçısı həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Dövlət başçısı Azərbaycanda idmanın inkişafına çox böyük qayğı göstərir. Pul qazanmaq asandır. Sənə pul qazanmağa şərait yaradan dövlət var. O dövlətin isə idman siyasətinə dəstək vermək lazımdır”.
Mənbə: modern.az
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
Avropa Liqasında Liqa mərhələsi başlayır
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar