Roy Hocson: "İngiltərəyə başıuca dönürük"

Roy Hocson: "İngiltərəyə başıuca dönürük"
GÜNDƏM 25 İyun 2012 / 03:28 2198
-  A +

"Bu oyunda bəxt İtaliyanın tərəfində oldu. İkinci hissədə futbolçularım həddindən artıq yorulmuşdu. Rəqib isə bundan istifadə edərək aramsız hücumlar edirdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri İngiltərə millisinin baş məşqçisi Roy Hocson İtaliya ilə oyundan sonra (2:4) keçirilən mətbuat konfransında deyib.

İngilis mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının evə başıuca dönəcəyini bildirib: "Düzdü, biz bu oyunda məğlub olduq. Ancaq əsas vaxtda yox. Yəni, biz turniri məğlubiyyətsiz tərk edirik. Buna görə də İngiltərəyə başıuca dönəcəyik.

Təbii ki, oyun penaltilərə qalanda düşündüm ki, bu, məhz bizim turnirimiz olacaq. Çünki oyun ərzində elə də yaxşı təsir bağışlamamışdıq. Ancaq mən futbolçularımı qınaya bilmərəm. Onların əksəriyyəti həddindən artıq yorulmuşdu. İtaliya isə penaltilər seriyasında bizdən daha yaxşı oynadı və qələbə qazandı".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi