Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı başa çatıb.
Qol.Az-ın məlumatına görə, çempionatın son günündə yunan-Roma güləşi üzrə 55, 66, 84 və 120 kq çəki dərəcələrində görüşlər keçirilib.
Yunan-Roma güləşçilərimiz son gündə 2 gümüş və 1 bürünc medal qazanıb. 55 kq çəkidə mübarizə aparan Sakit Quliyev finala qədər maneəsiz irəliləyib. Bu zaman o, ardıcıl olaraq Serbiya, Moldova, Türkiyə və Almaniyadan olan güləşçilər üzərində inamlı qələbələr qazanıb. Yalnız final görüşündə məğlub olan təmsilçimiz Avropa çempionatını gümüş medalla başa vurub.
66 kq çəki dərəcəsində Ceyhun Əliyev də Avropa çempionatını ikinci sırada tamamlayıb və gümüş medal qazanıb. Finala qədər Ukrayna, Macarıstan, Moldova və Rusiya güləşçilərini yarışdan kənarlaşdıran Ceyhun, yalnız finalda Xorvatiya təmsilçisinə məğlub olub.
84 kq çəkidə Fuad Əliyev yarımfinala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Litva, Rumıniya, Almaniya güləşçilərinə şans verməyən təmsilçimiz, yarımfinalda bolqar güləşçi ilə görüşdən məğlub ayrılıb. Bürünc medal görüşündə qarşılaşdığı erməni güləşçisinə heç bir şans verməyən Fuad Əliyev iki hissənin sonunda 13:0 hesablı üstünlüklə qalib gəlib və Avropa çempionatının bürün medalını qazanıb.
Beləliklə, başa çatan gənclərin Avropa çempionatının son iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz ümumilikdə 2 gümüş və 3 bürünc medal qazanıb. Komanda hesabında 49 xal toplayan güləşçilərimiz 61 xal qazanan Rusiyadan sonra ikinci sırada qərarlaşıb. 48 xal toplayan Türkiyə isə üçüncü olub.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər