“İnter” ikinci transferini gerçəkləşdirdi

“İnter” ikinci transferini gerçəkləşdirdi
XƏBƏR 22 May 2012 / 12:20 2532
-  A +

Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” Georgi Adamiyanın ardından ikinci transferini rəsmlışdirib.

Qol.Az-ın əldə etdiyi məlumata görə, “bankirlər” “Sumqayıt”ın yarımmüdafiəçisi Ramil Həşimzadəni heyətinə qatıb. Qol.Az-a açıqlamasında “İnter”in meneceri Səbuhi Səfiyarlı da məlumatı təsdiqləyib: “Bəli, bu, düzgün informasiyadır. Ramillə razılıq əldə etmişik. Düzdür, onun “Sumqayıt”la müqaviləsi iyunun 30-da başa çatacağından hələ ki, rəsmi anlaşma imzalanmayıb. Ancaq şifahi razılıq əldə olunub və futbolçu təlim-məşq toplanışında “İnter”ə qoşulacaq”.

Qeyd edək ki,  “İnter” Həşimzadə ilə 2 illik razılığa gəlib

Daha çox


Son xəbərlər