“Xəzər-Lənkəran”dan qorxmuruq”

XƏBƏR 22 Aprel 2009 / 20:00 2259
-  A +

“Xəzər-Lənkəran” çox güclü komandadır. Yaxşı heyətləri var. Son turda göstərdikləri oyun da bu klubun gücündən xəbər verir. Amma biz onlardan qorxmuruq”. Bu sözləri Qol.Az-a “İnter”in baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı məşqçi həftəsonu qəbul edəcəkləri “Xəzər-Lənkəran”ı məğlub etmək niyyətlərini gizlətməyib: “Oyuna çox ciddi hazırlaşırıq. Hər kəs qarşılaşmanın məsuliyyətini gözəl dərk edir. Rəqibi ətraflı təhlil edib ona uyğun taktika seçəcəyik. Bu qarşılaşmada onlara da qələbə lazımdır, bizə də. Kim güclü olduğunu meydanda sübut edə bilsə, o da qalib gələcək”.


Son xəbərlər