Mövsümün sonunda "Zirə"dən ayrılan perulu müdafiəçi Alvaro Ampuero ölkəsinin "Depor" nəşrinə geniş müsahibə verib.
Qol.az xəbər verir ki, 28 yaşlı futbolçu Azərbaycan haqda bir çox sualı cavablandırıb. Müsahibəni ixtisarla təqdim edirik.
- Azərbaycanda karantin rejimində necə yaşayırdınız? Nə vaxtdan Perudasınız?
- Azərbaycanda pandemiya ilə bağlı vəziyyət yumşaq idi. Əvvəlcə qaydalara əməl etmək çətin deyildi. Evdən çıxmamaq və insanların çox olduğu yerə getməmək tövsiyə olunurdu. Deyilənlərə əməl edirdim. Yarım həftədir vətənimdəyəm və burada da eyni tələblərə riayət edirəm.
- Azərbaycanda qazadığınız təcrübə haqda nə deyə bilərsiniz? Oranın çempionatının səviyyəsi necədir?
- Açığı, Azərbaycan ölkə olaraq məni xeyli təəccübləndirdi. Qısa zamanda hər şeyə uyğunlaşdım və rəqabət səviyyəsi yüksək olan liqa ilə qarşılaşdım. Orada iddialı komandalar var. Mövsümöncəsi hazırlıqda Avropa komandaları ilə oynadıq. Bu mənada mənim üçün müsbət il oldu.
- Qarşılaşdığınız ən qəribə hadisə nə oldu? Doğrudan onlar oyunun fasiləsində namaz qılırlar?
- Bəli, ölkədə din çox nəzərə çarpır. Onlar İslam dininin adət-ənənələrinə ciddi əməl edirlər. Öz ibadət vaxtları olur və çoxlu namaz qılırlar. Əvvəlcə buna təəccüblənirdim. Çünki əgər əyləncə vaxtı namazla üst-üstə düşürsə, namazı elə orada qılırlar.
- Ünsiyyət məsələsi necə idi?
- Dilləri çox qəlizdir. Türkcə, bəziləri isə rusca danışır. İngiliscə ünsiyyət qurmağa çalışırdım. Amma lazımi futbol terminlərini öyrənmişdim.
- Gündəlik həyat tərziniz nədən ibarət idi?
- Əvvəlcə Bakıda taksi ilə gəzirdim. Çünki qiymətlər çox ucuzdur. Amma pandemiya ilə bağlı vəziyyət çətinləşəndən sonra ispan dilini bilən tərcüməçimiz mənə çox kömək etdi. Nə lazım olsa, zəng edib, ondan soruşurdum. Sonradan tədricən onu narahat etməyi dayandırdım (gülür).
- Komandanızda Latın amerikalıları çox idi?
- İndi də dostluq etdiyim bir qaraqvaylı var idi. Daha iki futbolçu isə ispan dilində danışırdı. Biri haitili, digəri rumıniyalı idi. Argentinada çıxış edən haitili argentinalılar kimi danışırdı (gülür). Sonra paraqvaylı, rumıniyalı və mən qaldıq.
- "Zirə" ilə müqavilə şərtləriniz necə idi?
- İcarə əsasında çıxış edirdim. "Deportivo Minisipial" ilə müqaviləm də başa çatdı. Pandemiya səbəbindən çempionat yarımçıq dayandırıldı. İndi görək necə olacaq.
- Azərbaycanda inkişaf etdiyinizi hiss edirsiniz?
- Düşünürəm ki, müdafiəçi keyfiyyətlərimi daha da yaxşılaşdıra bilərdim. Komandamız hərdən 5 müdafiəçi ilə oynayırdı. Belədə baş məşqçi məndən daha çox müdafiəyəmeylli oynamağımı xahiş edirdi. Mən də öyrənməli olurdum.
- Komanda yoldaşlarınız İtaliya A Seriyasında oynadığınızı bilirdi?
- Bəli bilirdilər. Əslində mən ora gedəndə baş məşqçi bu barədə komandaya məlumat vermişdi. Məndən İtaliya və Cənubi Amerika futbolu haqqqında soruşurdular.
- Azərbaycandan qayıdışınız necə alındı?
- Bu, inanılmazdır. Əgər təklif olsa, yenidən Azərbaycanda oynayaram. Qayıtmağa reys tapdım. Amma sevgilimlə birlikdə 3 gün Amsterdam aeroportunda qalmalı oldum.
- Karyeranızı harada davam etdirmək istəyirsiniz?
- Düzünü desəm, Azərbaycanda yaxşı planlaşdırılmış, intizamlı bir çempionata rast gəldim. Ümumiyyətlə, düşünürəm ki, Avropada çıxış etməklə ən yaxşısına nail ola bilərsən. Ümid edirəm ki, Avropaya qayıtmaq şansım var.
Superkubok matçı azarkeşlərsiz keçiriləcək
"Bu, onun son matçı ola bilər"
ÇL-də "Qarabağ"a iki qol vuran futbolçu klubunu dəyişdi
"Bornmut"un hücumçusu uzunmüddətlik sıradan çıxdı
"İmişli"nin futbolçusu milliyə dəvət aldı
"Bavariya" Avstriya klubuna böyük hesabla qalib gəldi
"Milan" Balkanlara üz tutdu, rədd cavabı aldı
Mareska "Çelsi"dən gedişindən sonra ilk dəfə açıqlama verdi
Ronaldo rəhbərliyə "Real"ın oyunçusunu tövsiyə etdi
Klub maaşını 6 dəfə artırdı, futbolçu razılaşmadı
"Qalatasaray" İtaliya klubuna təklif göndərdi
Mbappe Superkubok matçında oynamayacaq
"Zirə" heyətini millinin futbolçusu ilə gücləndirdi
Azərbaycanlı futbolçu Albaniya klubuna keçdi
"Beşiktaş" qapıçısı ilə müqaviləni ləğv etdi
Vinisius üçün 160 milyon avro
“Turan Tovuz”dan ayrıldı - Bu ölkənin klubuna keçdi
“Liverpul” - “Qarabağ” oyununun biletləri bu qiymətədir
AFFA bu oyunu şübhə altına aldı - Araşdırma başlayır
"Şamaxı" millimizlə qarşılaşacaq
Viktor Qonçarenkonun yeni işi rəsmiləşdi
"Çelsi" yeni baş məşqçisini açıqladı
“Araz-Naxçıvan”da braziliyalı müdafiəçi
Mahir "Kayzerslautern”dən ayrılacaqmı? - Açıqlama+Video
“Latsio”nun hücumçusu "Vest Hem"də - Rəsmi
“Sabah”dan 3 illik müqavilə
Xorvatiya klubundan "Zirə"yə keçdi
"Barselona"ya qayıdır
"Turan Tovuz"un Antalyadakı rəqibləri müəyyənləşdi
"Spartak"ın yeni baş məşqçisi açıqlandı
İbrahim Uzuncanın "Xankəndi"dəki vəzifəsi dəyişdi
“Qarabağ”dan ayrıla biləcəyinin mesajını verdi